Accessibility links

Beynəlxalq Qadınlar Günü və qlobal epidemiya


Koronavirus epidemiyasının yayıldığı ölkələrdə bir çox tədbirlər təxirə salınsa da Beynəlxalq Qadınlar Günü qeyd edilir.

COVID-19 virusunun episentri olan Çində dövlətə məxsus kütləvi informasiya vasitələrində böhranın ön cəbhələrində olan qadın tibb işçilərinin işi xüsusi qeyd edilib.

Dövlətə məxsus Sinxua agentliyi Beynəlxalq Qadınlar Günü qadın laboratoriya işçiləri, tibb bacıları, psixoloq mütəxəssislərə öz məlumatlarında geniş yer verib.

Ümümdünya Səhiyyə Təşkilatına əsasən, qlobal tibb işçilərinin təxminən 70 faizini qadınlar təşkil edir.

Təşkilatın direktoru Tedros Adhanom Qrebreyusus Twitter sosial şəbəkəsində qeyd edib ki, 2020-ci ildə hamının səhiyyə xidmətləri ilə təmin olunması üçün dünyada əlavə 9 milyon tibb bacısı və mamaya ehtiyac var.

“2020-ci il tibb bacıları və mamalara dəstək və onların təhsili və iş yerlərinə investisiya ilidir”, o yazıb.

Çindən kənarda koronavirusa ən çox yoluxma hallarının təsdiq edildiyi Cənubi Koreyada Beynəlxalq Qadınlar Günü münasibətilə planlaşdırılan bir çox tədbir təxirə salnıb.

Çindən sonra ən çox ölüm hallarının qeyd edildiyi İtaliyada isə ölkənin dörddə bir hissəsi epidemiyanın yayılması ilə əlaqədar blokada edilib.

Bu il Beynəlxalq Qadınlar Gününun mövzusu “Hər kəs bərabərlik uğrunda” mövzusudur.

Şərhlərə bax

XS
SM
MD
LG