Accessibility links

Beynəlxalq təşkilatlar Azərbaycanda mülki insanların mina partlayışı nəticəsində həlak olmasına münasibət bildirib


Azərbaycanda mülki insanların, o cümlədən jurnalistlərin Kəlbəcər rayonunda (Bakıdan 440 kilometr qərb) tank əleyhnə minaya düşərək həlak olması və yaralanması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Beynəlxalq təşkilatlar da bu hadisəni qınayır.

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç bildirib ki, baş vermiş hadisə Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalan ərazilərin minalardan təmizlənməsi ehtiyacı yaradır.

“Kəlbəcərdə iki jurnalist də daxil olmaqla, üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlaması Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərin, o cümlədən beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın yarandığını göstərir,” Miyatoviç Twitter səhifəsində yazıb.

Human Rights Watch təşkilatının açıqlamasında isə deyilir ki, Azərbaycanın Kəlbəcər rayonunda üç mülki şəxsin tank əleyhinə minaya düşərək öldüyü bildirilir.

“Xüsusilə minaların yeni qoyulması və birbaşa mülki əhalini hədəf alması natrahatlıq doğurur. Minalar mülki əhali üçün davamlı təhlükə yaradır və münaqişədən sonrakı bərpa işlərinə mane olur,” Human Rights Watch təşkilatının Avropa və Orta Asiya şöbəsinin rəhbəri Giorgi Gogia bildirib.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bildirib ki, iyunun 4-də Kəlbəcər rayonun Susuzluq kəndi istiqamətində avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin döyüş əməliyyatlarının dayandırılması ilə bağlı imzaladığı birgə bəyanatdan sonra mina partlaması nəticəsində Azərbaycan tərəfdən 7 hərbi quluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbçi və 29 mülki şəxs yaralanıb. Həmçinin mina partlaması nəticəsində Rusiya sülhməramlı hərbi qulluqçularının 1 nəfəri həlak olub, 1 nəfəri isə yaralanıb.

Ekspertlər münaqişə ərazisində yüz mindən çox minanın basdırıldığını təxmin edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG