Accessibility links

Beynəlxalq təzyiqlərə baxmayaraq Türkiyə Azərbaycanı dəstəkləyir


Beynəlxalq təzyiqlərə baxmayaraq Türkiyə Azərbaycanı dəstəkləyir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Türkiyənin Ermənistanla münaqişədə Azərbaycana verdiyi dəstək artan diqqət cəlb etməkdədir. Beynəlxalq təzyiqlərə baxmayaraq, Türkiyə qeyd-şərtsiz atəşkəs çağırışlarını rədd etməkdədir. Bu arada Ankara Azərbaycanın hərbi hədəflərinə dəstəyini gücləndirməkdədir.

Azərbaycan Dağlıq Qarabağın erməni separatistlərdən alınmasında xeyli irəliləyişə nail olduğunu iddia edir.

Təhlilçilərin fikrincə, Türkiyənin Azərbaycana güclü hərbi dəstəyi konfliktdə kritik faktordur.

“Azərbaycan qüvvələrinin effektivliyi Türkiyə ilə dərin əməkdaşlığın məhsuludur. Belə ki, Ankara Azərbaycan qüvvələrinin təlimlərində aktiv iştirak edib. Bu təlimlərə hərbi təcrübə paylaşımı və silahlı dronlar kimi strateji vəsaitlərin verilməsi daxildir,” - İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen bildirir.

Ankaranın Bakıya dərinləşən hərbi dəstəyi onun regional nüfuz genişləndirmək səylərinin tərkib hissəsidir.

Lakin cəbhə xəttində tərəflərin şəhərləri və mülki əhalini hədəf alması konfliktin genişlənəcəyinə dair qorxuları artırır.

Bu arada Türkiyə atəşkəs yönümündə artan beynəlxalq təzyiqlə üzləşir.

“Biz toqquşmaların eskalasiyasından dərin narahatıq. Bütün tərəflər dərhal döyüşü dayandırmalı və məsələnin dinc həllinə yol tapmalıdırı. Mən Türkiyədən gərginlikləri sakitkəşdirmək üçün öz böyük nüfuzundan istifadə etməsini gözləyirəm,” NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Azərbaycan Prezidenti İlham Əliyev istəyir ki, Türkiyə konfliktə son qoyulması prosesində təmsil olunsun. Ankara Ermənistandan güzəştlər tələb edir.

“Birincisi, Ermənistan dərhal atəşi dayandırmalıdır. Və işğal etdiyi torpaqları qaytarmalıdır və onları tərk etməlidir. Və o, buna dair vaxt cədvəli təqdim etməli və Azərbaycanın ərazi bütövlüyünə təminat verməlidir,” - deyə, Yeditepe Universitetinin professoru Mesut Caşın bildirir.

Qeyd-şərtsiz atəşkəs əldə edilməsinıə yönəlik beynəlxalq diplomatik səylər davam edir.

Lakin belə görünür ki, digər ölkələ müdaxilə etməkdə tərəddüd göstərirlər və bəzi təhlilçilərin fikrincə, Türkiyə də buna hesab aparır.

“Beynəlxalq ictimaiyyət bu konfliktin təcrid olunduğunu düşünür və hesab etmir ki, o regionun sabitliyini pozacaq. Odur ki, o, atəşkəsə çağırmaq kimi ritorik jestlərdən o yana getməyəcək, və tərəfləri buna vadar etmək üçün konkret çox iş görməyəcək,” Sinan Ülgen deyir.

Ermənistanın yaxın müttəfiqi Rusiya hələlik konfliktdən kənar durmağa üstünlük verir və atəşkəsə çağırış edən tərəflər sırasındadır. Savaşın isə sonu hələ ki, görünmür.

XS
SM
MD
LG