Accessibility links

Beynəlxalq Valyuta Fondu ABŞ ilə Çini tarif müharibəsinə son qoymağa çağırır


Beynəlxalq Valyuta Fondu ABŞ ilə Çini tarif müharibəsinə son qoymağa çağırır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Prezident Donald Tramp deyir ki, ABŞ iqtisadiyyatı onun iqtisadi və ticari siyasəti sayəsində daha öncə olmadığı qədər güclüdür. Lakin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ABŞ və Çini tarif müharibəsinə son qoymağa çağırır, çünki bu qarşıdurmanın qlobal iqtisadi artıma ziyan vura biləcəyinindən narahatdır.

Belə görünür ki, ABŞ-ın mərkəzi bankı faiz dərəcələrini insanların gözləntilərindən daha çox artırmalıdır. Federal Ehtiyat Bürosunun (Fed) bunu həyata keçirəcəyinə dair söz-söhbətlər var. Bu isə investorları narahat edir. Bundan əlavə isə ticarət məsələsində, Çinlə bağlı qeyri-müəyyənlik də təsir göstərir
Desmond Lakman

Wall Street-dəki dəyişkənlik bu həftə Asiya və Avropa bazarlarına da təsir göstərib. Amerika Sahibkarlıq İnstitutundan Desmond Lakman deyir ki, investorları narahat edən bəzi faktorlar var.

“Belə görünür ki, ABŞ-ın mərkəzi bankı faiz dərəcələrini insanların gözləntilərindən daha çox artırmalıdır. Federal Ehtiyat Bürosunun (Fed) bunu həyata keçirəcəyinə dair söz-söhbətlər var. Bu isə investorları narahat edir. Bundan əlavə isə ticarət məsələsində, Çinlə bağlı qeyri-müəyyənlik də təsir göstərir” – deyə, o bildirir.

Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının Balidə keçiriləcək görüşündə əsas diqqət ABŞ-la Çin arasında tarif müharibəsinə yönələcək.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard bu ticarət müharibəsinə son qoymağa çağırır.

“Biz təxmin edirik ki, hazırkı ticarət gərginliyinin artması növbəti iki il ərzində qlobal ÜDM-u bir faiz azalda bilər. Aydındır ki, biz bu münaqişələri aradan qaldırmalıyıq. Amma eyni zamanda biz qlobal ticarət sistemində islahatlar etməliyik ki, onu daha yaxşı, ədalətli, güclü, bütün xalqlar və insalar üçün faydalı, gələcək üçün də əlverişli edək”, Laqard söyləyir.

Prezident Donlad Tramp Federal Ehtiyat Bürosunu maliyyə bazarlarındakı çaxnaşmaya səbəb olmaqda günahlandırıb.

“Məncə Fed səhv edir. Onlar sərsəmləşib,” Tramp deyib.

Tramp ABŞ iqtisadiyyatın artmasında özünün rolunun böyük olduğunu deyir. Təhlilçilər razılaşır ki, onun siyasəti onsuz da çiçəklənən ABŞ iqtisadiyyatına qısa müddətli təkan verib.

Uzun müddətdə isə, onlar administrasiyanın artan ticarət və büdcə defisitindən narahatdır, çünki bu, mərkəzi bankı faiz dərəcələrini artırmağa vadar edir. Onlar narahatdır ki, bu hal inkişaf etməkdə olan iqtisadiyyatlara ziyan vura bilər.

“Birləşmiş Ştatlarda faiz dərəcələri artdığı, dolar gücləndiyi üçün, bir zamanlar inkişaf etməkdə olan ölkələrə axan pullar artıq birləşmiş ştatlara geri qayıdır və Argentina, Türkiyə Cənubi Afrika kimi həmin puldan yaxşı istifadə etməyən, böyük defisitləri yaranan inkişaf etməkdə olan bazar iqtisadiyyatları Birləşmiş Ştatlarda yaranan monetar vəziyyət səbəbilə böyük çətinliklərlə üzləşir”, Amerika Sahibkarlıq İnstitutundan Desmond Lakman söyləyir.

Bununla yanaşı ABŞ-la Çin arasındakı tarif müharibəsi də təsir göstərir. Dünya Bankının prezidenti Cim Yonq Kin inkişaf etməkdə olan ölkələri gələcək ticarət müharibələrinə hazır olmaları barədə xəbərdarlıq edir.

“Biz indidən düşünməliyik ki, onlar pisləşən ticarət gərginliyinə necə hazırlaşmalıdır. Bəli, biz çox narahatıq və hər bir ölkə ilə yaxından işləyib onları pisləşən vəziyyətə hazırlayırıq” o deyir.

Çin Vaşinqtonla danışıqlar apardığını bildirir. Növbəti ay prezident Şi Tsinpinlə prezident Tramp arasında görüş planlaşdırılır.

XS
SM
MD
LG