Accessibility links

Beynəlxalq Valyuta Fondu: Mərkəzi Bank ortamüddətli perspektivdə daha çevik məzənnə rejiminə keçid imkanlarını nəzərdən keçirməlidir


Beynəlxalq Valyuta Fondu(BVF)

Azərbaycanın 2006-cı ildən kredit borcları olmadan yalnız məsləhətləşmələr əsasında əlaqələr qurduğu Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il üçün məsləhətləşmələrinin nəticələrini açıqlayıb.

BVF Azərbaycan iqtisadiyyatının inkişafı üçün risklər yaradan hökumət strategiyasının “zəif tərəfləri” haqqında öz baxışını bölüşüb.

Bundan əvvəl BVF 2019-cu ildə hökumətlə analoji məsləhətləşmələr aparmışdı, 2020-ci ildə isə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar qlobal böhran səbəbindən makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə belə danışıqlar aparılmamışdı.

BVF son hesabatında qeyd edib ki, "2022-ci ildə artıma uyğun fiskal konsolidasiya (gəlir konsolidasiyası) başlaya bilər”, amma yüksək neft qiymətlərinə bel bağlamaq olmaz (hərçənd gözlənilməz gəlirlər ola bilər), tədricən qeyri-neft kəsirinin azalmasına nail olmaq lazımdır.

Sənəddə qeyd edilir ki, hakimiyyət əsas rolu xərclərin konsolidasiyasında görür, lakin qeyri-neft gəlirlərinin artırılması üzrə tədbirlər korrektələrə (büdcənin icrasına) kömək edə bilər.

Neft gəlirlərinə gəlincə, BVF ekspertlərinin fikrincə, maliyyə sabitliyinin qorunması ilə uyğunsuzluğunu nəzərə alaraq və Azərbaycanın neft ehtiyatlarının tükənməsi proqnozları ilə əlaqədar nəsillər qarşısında ədalət naminə enerji ehtiyatlarının işlənməsində və satışında ekspansionist mövqe tutmaq olmaz.

BVF hesab edir ki, 2022-ci ildən büdcənin gəlir və xərclərinin uzunmüddətli konsolidasiyası ilə inklüzivliyin və məhsuldarlığın artırılması məqsədilə əhalinin həssas qruplarının müdafiəsi, təhsil və səhiyyənin dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsini unutmaq olmaz.

"Mərhələli struktur və maliyyə sektoru islahatları konsolidasiyanın mənfi artım təsirini yumşaltmaq üçün də vacibdir,” BVF-də hesab edir.

Fondun ekspertləri xatırladır ki, Azərbaycan COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə “büdcə qaydası”nı dayandırıb, lakin 2022-ci ildə onu bərpa etmək (yenidən başlamaq) niyyətindədir.

Xatırladaq ki, “büdcə qaydası” hökumətin müəyyən xarici və daxili maliyyə xərcləri üzrə öhdəliklərini yerinə yetirməsinə aid idi. COVID-19-a görə hökumət onu 2020-21-ci illər üçün dayandırıb və faktiki olaraq büdcə vəsaitlərini dövlət büdcəsində nəzərdə tutulan öhdəliklərə görə deyil, vəziyyətə əsasən xərcləyib.

Xarici ekspertlərin fikrincə, 2022-ci ildə gözlənilən yüksək neft qiymətləri, qaz ixracının əhəmiyyətli artımı, qeyri-neft sektorunun inkişafı və xarici borcun ÜDM-ə nisbətinin azalması ilə əlaqədar ölkədə fiskal (maliyyə) vəziyyət güclənəcək.

“Büdcə qaydası”nın qaytarılmasını dəstəkləmək və onun möhkəmliyini artırmaq üçün ortamüddətli fiskal çərçivə, maliyyə risklərinin idarə edilməsi və şəffaflıq daxil olmaqla, dövlət maliyyə idarəçiliyində islahatlara ehtiyac var,” BVF-nin sənədində qeyd olunub.

Bank sektoruna gəlincə, pul-kredit siyasətinin daha da yumşaldılması davam etdirilə bilər.

BVF hesab edir ki, ortamüddətli perspektivdə AMB daha çevik məzənnə rejiminə mərhələli keçid imkanlarını nəzərdən keçirməlidir, hərçənd məzənnənin (milli valyutanın) və inflyasiya səviyyəsinin saxlanması üçün tədbirlər səmərəli idi.

“Daha çevik valyuta məzənnəsi neft qiymətləri şoklarına adaptasiyanı asanlaşdırar, vergi-büdcə siyasətinə düzəlişlərin yükünü azaldar və iqtisadiyyatın şaxələndirilməsinə və bazarın inkişafına dəstək verər. De-yure çevik məzənnə rejimi ilə onun inflyasiya hədəfləmə siyasəti ilə bağlı de-fakto saxlanma rejimi arasında mövcud fərq belə siyasətə etimad riskləri yaradır və dərhal onun həllini tələb edir,” BVF ekspertləri qeyd edirlər.

Onların fikrincə, “2022-ci ildən etibarən Azərbaycanda pandemiyaya cavab olaraq tətbiq edilən müstəsna prudensial yumşaldıcı tədbirlərin mərhələli şəkildə ləğvi üçün məqsədyönlü və mərhələli plan lazımdır."

“Rəsmi orqanlar 2020-ci ildə bank sektorunda tətbiq edilən güzəştli tədbirlərdən vaxtından əvvəl imtina nəticəsində yaranan bankların dayanıqlılığı riski ilə kredit keyfiyyətinə və bazar intizamına qayıtmağın gecikməsi ilə bağlı riskləri balanslaşdırmalıdırlar. Ortamüddətli perspektivdə istər kreditorların fəaliyyətinin və borcalanların kredit riskinə maliyyə nəzarətinin gücləndirilməsi maliyyə sabitliyini təmin etmək və kiçik və orta biznesin maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün zəruri əlavədir,” BVF-nin yekun sənədində qeyd olunub.

Fondda hesab edirlər ki, özəl sektorun dəstəklənməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün hökumət sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına maneələri aradan qaldırmalıdır.

Həmçinin ölkədə qeyri-neft sektorlarına birbaşa xarici investisiyalar üçün müxtəlif növ maneələrin mövcudluğuna işarə edilir ki, bu da ümumilikdə istehsalın artımını ləngidir.

“Bu zəif cəhətlərin aradan qaldırılması, o cümlədən idarəetmə və antikorrupsiya strukturlarının gücləndirilməsi, pandemiyanın zərərli təsirləri nəzərə alınmaqla Azərbaycanın 2030-cu il Prioritetlərində müəyyən edilmiş yaşıl gündəliyin həyata keçirilməsi ölkədə inklüziv artıma nail olmaq üçün zəruridir,” Fondun 2021-ci ildə hökumətlə məsləhətləşmələrin nəticələri haqqında hesabatında bildirilir.

Təkmilləşdirilmiş proqnozlar

BVF ekspertlərinin fikrincə, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 1,7% (oktyabrda Fondun proqnozu 2,3% idi), üstəlik, neft ÜDM-i üzrə 0,2% (dəyişməyib), qeyri-neft ÜDM-də isə 2,5% təşkil edə bilər (proqnoz 3,5% idi).

İnflyasiya 3,2%-ə düşə bilər.

Azərbaycan İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,9% (neft ÜDM-i üzrə artım templəri 1,8%, qeyri-neft üzrə 4,9%) təşkil edəcək, inflyasiyanın isə 2021-ci ildəki 6%-dən çoxa qarşı 2022-ci ildə 4% təşkil edəcəyi gözlənilir.

Azərbaycanın BVF-da üzvlüyü

Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olmuşdur. BVF-in kvotasında Azərbaycanın payı 391.7 milyon Xüsusi Borcalma Hüququdur (special drawing right – SDR). Kvota BVF-da səsvermə hüququnu, üzvlük haqqını və BVF-dən götürülə biləcək kreditin məbləğini müəyyən edir.

Azərbaycanı BVF-də rəhbər olaraq Azrbaycan maliyyə naziri Samir Şərifov və alternativ rəhbər olaraq AR Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov təmsil edir.

BVF ölkə haqqında valyuta siyasətinin təhlilini aparmaq məqsədi ilə hər il Azərbaycana missiya təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG