Accessibility links

Beynəlxalq Fəza Stansiyasına yeni ekipaj göndərilib


Amerika, Rusiya və Yaponiyanın astronavtlarından ibarət üç yeni ekipaj üzvü Rusiyanın yeni dizayn edilmiş Soyuz kosmik gəmisi ilə Beynəlxalq Fəza Stansiyasına göndərilib.

Ketlin Rubins, Anatoli İvanişin və Takuya Onişi Rusiyanın Qazaxıstandakı Baykonur kosmodromundan cümə axşamı səhər saatlarında fəzaya göndərilib. İki gün davam edəcək səyahətdən sonra yeni ekipaj amerikalı komandir Cef Villiams və rusiyalı ekipaj üzvləri Aleksey Ovçinin və Oleq Skripoça qoşulacaq.

Yeni ekipaj Beynəlxalq Fəza Stansiyasında dörd ay vaxt keçirəcək. Molekulyar bioloq olan Ketlin Rubins fəzada DNK təcrübəsi aparan ilk şəxs olacaq.

Astronavtların həmçinin yüzə yaxın digər elmi təcrübə aparacağı gözlənilir. Bununla yanaşı, onlar özəl fəza gəmilərinin stansiyaya birləşə bilməsi üçün fəzada yeni platforma quraşdırmağı planlaşdırır.

XS
SM
MD
LG