Accessibility links

BMT: Dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə çatıb [Video]


BMT: Dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə çatıb
please wait

No media source currently available

0:00 0:02:55 0:00

BMT: Dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə çatıb

İyunun 20-i dünya ölkələrində Beynəlxalq Qaçqınlar Günü qeyd olunduğu zaman BMT-nin qaçqınlar agentliyi məcburi köçkünlərin sayının rekord həddə çatdığını bildirib. Təşkilat daha çox insanın müharibə və yoxsulluq səbəbi ilə qaçmağa davam edəcəyini və dünyanın problemə cavabını yaxşılaşdırmalı olduğunu qeyd edib.

BMT-nin qaçqınlar agentliyinin təxminlərinə görə 65.3 miliyon insan evlərindən didərgin düşüb və bunların yarısı uşaqlardır. Bu rəqəm keçən illə müqayisədə 10 faiz artıb.

Flippo Qrandi: “Problemləri həll etməsən, problemlər özü səni tapacaq. Bu, çox güclü bir mesajdır və eyni zamanda, çox ağrılı bir mesajdır. Zəngin ölkələrdə insanların bunu başa düşməsi üçün bu qədər vaxtın lazım olduğunu görmək ağrılıdır.”

Dünyada qaçqınların təxminən 10 miliyonu suriyalıdır. Bunların üç miliyonu qonşu ölkələrə qaçıb, geri qalanlar isə Suriya daxildə məcburi köçkün olub.

Bir çox düşərgə kimi, İraqın şimalında Haşem qaçqın düşərgəsi də getdikcə müvəqqəti deyil, daimi yerə çevrilir.

Əhməd Abdo: “İnsanlar şəraitlərini yaxşılaşdırmağa çalışır. Evlərinə əlavə otaqlar əlavə edir. Qonaq otağı qurur. Çünki bu insanlar yaxın gələcəkdə evlərinə və ölkələrinə geri dönəcəklərinə ümidilərini itiriblər.”

Keçən il miliyonlarla qaçqın və miqrant Avropaya keçməyə cəhd göstərib. May ayında Şimali Afrikadan İtalya sahillərinə 19 min miqrant axın edib. Avropa İttifaqı Liviyanın sahil təhlükəsizlik qüvələriylə əməkdaşlıq edərək, axının qarşısını almağa çalışır.

Qauri Van Qulik: “Tamamilə aydındır ki, Avropa buna hazır deyil və diqqət öhdəliklərin başqalarına həvalə edilməsinə yönəldilib. Onlar Avropaya bu axının və müdafiəyə ehtiyacı olan insanların necə idarə edilməsi əvəzinə, sadəcə bunun qarşısının necə alınması üzərində düşünür.”

Son rəqəmlər göstərir ki, Türkiyədən Yunanistana keçmək istəyən insanların sayının kəskin azalıb. Mart ayında Brussel və Türkiyə arasında əldə edilmiş razılığa görə yeni gələn bütün miqrantlar Yunanıstan adalarından Türkiyəyə geri göndərilməlidir. Tənqidçiləri deyir ki, Avropa İttifaqı “Avropa Qalası” yaratmağa çalışır.

Serafeim Seferiadis: “Məqsəd insanların təhlükəsizliyinin təmin edilməsi, insanların batması və həyatını itirməsinin qarşısının alınması deyidi. Çünki əgər bu belə olsaydı, o zaman problemi həll etmək asan olardı. Çünki sayından asılı olmayaraq, qaçqınlar Avropa əhalisinin bir faizini təşkil edir.

Luksemburqda görüşən Avropa nazirləri blokun qaçqın böhranını həll etməyə çalışdığını bildirir. Onlar Türkiyə və Liviya kimi ölkələrlə birgə işləməyin əhəmiyyətini qeyd edir.

BMT-nin qaçqınlar agentliyi bildirib ki, təhlükəsizlik və sərvətlərin bölüşdürülməsində qlobal bərabərsizliyə görə Avropaya keçmək istəyən insanların sayının artması qaçılmazdır.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG