ABŞ, Rusiya və İtaliya kosmonvatları Qazaxıstanda yerləşən Baykonur kosmodromundan raketlə səmaya qalxmışlar. Missiyanın ünvanı Beynəlxalq Fəza Stansiyasıdır. Rusiyadan Dmitri Kondratyev, NASA kosmonavtları Katerin Koulman və Avropa Fəza Agentliyindən Paolo Nespoli Soyuz kapsulunda kosmosa uçublar. Ekipaj orbital fəza stansiyasına cümə günü yetişəcək. Mənzilə çatdıqdan sonra onlar qısa müddətə Beynəlxalq Fəza Stansiyasında amerikalı Skott Kelly və ruslar Aleksandr Kaleri və Oleq Skripoçkaya qoşulacaqlar. Genişlənən kompleksdə bütün vaxtlarda altı kosmonavt yerləşdirilə bilər.