Accessibility links

Beynəlxalq Valyuta Fondunun sabiq direktorunun DNK-sı mehmanxana xidmətçisinin paltarından alınan nümunələrə uyğun gəlib

Amerikanın xəbər agentlikləri Beynəlxalq Valyuta Fondunun sabiq direktorunun DNK-sının mehmanxana xidmətçisinin paltarından alınan nümunələrlə uyğun gəldiyini bildirir. Nyu-York polisi məlumatı təsdiq etməyib və Dominik Ştraus-Kanın məhkəməsi başlayanadak DNK testlərinin nəticələrinin açıqlanmayacağını bəyan edib. Beynəlxalq Valyuta Fondunun sabiq direktoru may ayının 14-də gecəsi 3000 dollarlıq mehmanxana otağında xidmətçinin seksual təzyiqlərə məruz qoyduğuna görə ittiham edilir. Hazırda ev dustaqlığı altında olan Dominik Ştraus-Kan bir milyon dollarlıq vəsait və 5 milyon dollarlıq sığrta səhmləri müqabilində zaminə buraxılıb. Onun növbəti məhkəmə dinləməsi iyun ayının 6-na təyin edilib.

XS
SM
MD
LG