Beynəlxalq yardım təşkilatları Livanı tərk etməyə çalışan xarici vətəndaşlara yardım səylərini artırıb. Beynəlxalq Miqrasiya təşkilatı Liviya-Misir sərhədində yerləşən Salum şəhərində ilişib qalan 5000 insana humanitar yardım çatdırır. Təşkilat ərzaq və su yardımlarının iki dəfə artırıldığını bildirir. BMT-nin Qacqınlar üzrə agentliyi Tunis sərhədlərini keçən insanların sayının kəskin şəkildə azaldığını deyir. Buna səbəb Liviya qüvvələrinin sərhədlərə keşik çəkməsi səbəb olub.
Liviyanı tərk etməyə çalışan xarici vətəndaşlara yardım səyləri artırılır
- Amerikanın səsi
