Accessibility links

Beyrutda daha bir partlayış [Fotoqalereya]


Ölən və yaralananlar var

Livanın paytaxtı Beyrutun cənub bölgəsində partlayış olub. Hizbullahın istehkamı olan bu yerdə 3 nəfər həlak olub, 20 nəfər xəsarət alıb. Bəzi məlumatlarda ölənlərin 5 nəfər olduğu bildirilir.

Partlayış Livanın sabiq maliyyə naziri Məhəmməd Çatahın qətlindən bir həftə sonraya təsadüf edir.

Prezident Əsədin kəskin tənqidçilərindən olan nazir Beyrutun mərkəzində bomba partlayışının qurbanı olub.

Hadisə zamanı daha 5 nəfər ölmüş, 70 nəfər yaralanmışdı.
XS
SM
MD
LG