Accessibility links

Beyrutda karantin rejiminin yumşaldılmasından sonra etirazlar davam edir


Livanın iğtişaş polisi şənbə günü Beyrutun mərkəzində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Buna səbəb hökümət əleyhinə nümayişin iğtişaşa çevrilməsi və rəqib düşərgələrin bir-birinə qarşı daş atması olub.

Şəhidlər Meydanında toplaşan bir neçə yüz nümayişçi ötən il misli görülməmiş iqtisadi və maliyyə böhranı zamanı başlayan ölkə boyu etirazları canlandırmağa çalışıb. Lakin etirazçılar arasında nümayişin məqsədi ilə bağlı fikir ayrılığı və gərginlik yaşanıb. Bu gərginlik qısa müddət sonra qarşıdurmaya çevrilib və ordu onlara müdaxilə edib.

Bir neçə qrup etirazçı tələblərini dilə gətirmək üçün paytaxtın mərkəzinə axışıb və onların yalnız bəziləri maska və üz qoruyucuları taxıb.

Livanlılar ölkədə baş verən iqtisadi böhran ərəfəsində oktyabrın 17-də siyasi liderlərinə qarşı kütləvi etirazlarda iştirak edib və onları onillərdir davam edən korrupsiyada və ölkəni yanlış idarə etməkdə günahlandırıblar. Böhranın daha da dərinləşməsinə səbəb olan etirazlar bir müddət sonra azalıb, koroanvirus pandemiyası başlayandan sonra isə tamamən dayandırılıb.

Hökümət virusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq etdiyi karantin rejimini tədricən yumşaltmağa başlayıb. Bunun ardınca son günlərdə az sayda etirazçılar küçələrə axışmaya başlayıb. Şənbə günü keçirilən etirazlara vətəndaş təşkilatları, icma təşəbbüsləri hərəkatları və bir neçə siyasi partiya çağırış edib. Bundan əlavə ilk dəfə olaraq şiə militant qrupunu tərk-silah olmağa çağıran bəzi qruplar da etiraz çağırışına qoşulub.

Siyasi qrupların iştirakə və Hizbullah əleyniə şüarların olması bəzi fəalları və etirazçıları qəzəbləndirib, çünki onlar diqqətin ölkədəki iqtisadi böhranın həllində və erkən seçki çağırışlarına yönəlməli olduğunu deyir.

Etirazdan öncə paytaxt və ətrafındakı əsas küçələrə yüzlərlə livanlı əsgər və iğtiraş polisi yerləşdirilib. Onlar daha sonra Hizbullah və onun müttəfiqi olan Şiə Amal hərəkatının tərəfdarları ilə etirazçılar arasında qarşıdurmanın qarşısını alıb. Etirazçıların bəziləri Hizbullahın lideri Sayed Həsən Nəsrallahın əleyhinə şüarlar səsləndirib, Hizbullah tərəfdarı nümayişçilər isə əllərində Hizbullah bayrağını dalğalandırıb və “Şiə, şiə, şiə” deyə qışqırıb.

Bir qrup gənc parlament binası yaxınlığında ərazini mühasirə etmək üçün qurulan sement baryerlərə daşlar atıblar. Gənclər Fransanın dizayner mebel şirkəti daxil olmaqla bir neçə mağazanı və yaxınlıqdalı oteli dağıdıblar. Polis onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Daha öncə görülməmiş iqtisadi böhran, ölkə boyu davam edən etirazlar və pandemiya ölkədə 1990-cı ildə başa çatan vətəndaş müharibəsindən bəri sabitliyə böyük hədədir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG