Accessibility links

Beyrutda sağ qaldığı güman edilən şəxsin axtarışları davam edir


Şənbə günü Livanda xilasetmə komandaları Beyrut Limanında baş verən ölümcül partlayış nəticəsində dağılan binanın altında sağ olduğu güman edilən insanın axtarışlarını davam etdiriblər.

Xilasetmə əməliyyatları cümə axşamı gündüz saatlarında çilili axtarış və xilasetmə komandasının iti bir gün öncə Gəmmayzə məhəlləsindəki binanın dağıntıları altında nəbzin olduğunu aşkar edəndən sonra başlayıb.

Daha sonra yüksək texnologiyalı sensorlar da həmin yerdə mümkün ürək döyüntüsünün olduğunu təsdiq ediblər. Bu, avqustun 4-də azı 191 nəfərin ölümü, minlərlə insanın yaralanması ilə nəticələnən böyük partlayışdan bir ay sonraya təsadüf edib. Komandalar dağıntıları təmizləsələr də sensorda aşkar olan nəbzin hardan gəldiyini tapa bilməyiblər.

“Axtarış əməliyyatları iki gündür davam edir, amma sağ qalan bir insanı tapmaq şansı çox aşağıdır,” – mülki müdafiə idarəsinin əməliyyat şöbəsinin müdiri Corc Abu Musa AFP-yə bildirib.

Livanın qabaqcıl axtarış və xilasetmə işləri aparmaq üçün avadanlıqları və təcrübəsi yoxdur, amma ölkəyə Birləşmiş Ştatlar, Çili və Fransadan mütəxəssislər yardım edir.

XS
SM
MD
LG