Accessibility links

Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar ayırır


Amazon-un təsisçisi Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə öz şəxsi hesabından 10 milyard dollar ayıracağını bildirib.

Dünyanın ən zəngin şəxsi bu haqda Instagram hesabında bildirib. O, iqlim dəyişikliyini planetimizə ən böyük təhlükə adlandırıb.

Onun bildirdiyinə görə, Bezos Yer Fondu yaydan etibarən qrantlar ayırmağa başlayacaq.

Bu bəyanatla Bezos Microsoft-un həmtəsisçisi Bill Qeyts və Nyu-Yorkun sabiq meri Maykl Blumberq, habelə hedc fond meneceri Tom Steyer kimi iqlim dəyişikliyi ilə mübarizəyə böyük məbləğdə pul ayıran ABŞ milyarderlərinin sırasına qoşulur.

Amazon son zamanlar şirkətin bu sahədə heç bir iş görmədiyinə dair öz işçilərinin tənqidləri ilə üzləşib.

Hər il milyonlarla bağlama daşıyan şirkətin yük maşınları havaya külli miqdarda karbon buraxır.

Ötən il Bezos 2040-cı ildədək pərakəndə satış mallarının daşınmasının karbondan təmiz olacağını vəd edib.

XS
SM
MD
LG