Accessibility links

Bəhreyndə iğtişaş polisi nümayişçiləri meydandan çıxarıb


Bəhreyndə iğtişaş polisi nümayişçiləri meydandan çıxarıb

Yaralanan bir çox insan xəstəxanalara çatdırılıb

Bu gün Behreynin paytaxtı Manamaya daxil olan iğtişaş polisi krallıqda köklü siyasi dəyişikliklər tələbi ilə meydanda çadırlar quran nümayişçiləri dağıdıb.

Təhlükəsizlik qüvvələri Mirvari meydanına daxil olaraq gözyaşaradıcı qazdan, qulaq batırıcı bombalardan və rezin güllərdən istifadə edib. Onlar qadın və uşaqlar da daxil olmaqla meydanı ələ keçirən əsasən şiə müsəlmanlardan ibarət kütləyə hücum edib. Yaralanan bir çox insan xəstəxanalara çatdırılıb.

Müxalif siyasətçilər təhlükəsizlik qüvvələrinin bu addımını pisləyiblər: “Düzgün qərar vermək üçün biz bu təhlükəli vəziyyəti müzakirə etməliyik. Bu gün baş verənlər əsl terrorizmdir”-deyə onlardan biri bildirir.

Polis meydanda qalan çadırları yığışdırmaqla məşğul olan zaman küçələrdə hərbçilər və tanklar peyda olub.

Qeyd edək ki, dünən minlərlə bəhreynlinin küçələrə çıxması nəticəsində təhlükəsizlik qüvvələri geri çəkilmişdi.

XS
SM
MD
LG