Accessibility links

Bəhreyndə nümayişlərdə iştiraka görə 2000 nəfər işdən çıxarılıb


Bəhreyndə nümayişlərdə iştiraka görə 2000 nəfər işdən çıxarılıb
Bəhreyndə nümayişlərdə iştiraka görə 2000 nəfər işdən çıxarılıb

Beynəlxalq insan hüquqları qrupu deyib ki, Bəhreyn hökuməti və dövlətlə əlaqədar şirkətlər şiələrin nümayişlərində iştirak etdiklərinə görə 2000 əməkdaşı işdən azad edərək cəzalandırıblar. Human Rights Watch təhsil, səhiyyə və hökumət nazirlərinin demokratiyanı dəstəkləyən işçiləri özbaşına işdən qovduqlarını bildiriblər. Nyu Yorkda qərargahlanmış qrup rəsmiləri bu məsləni araşdırmağa çağırıblar. Krallığın şiə təəbələri yeni konstitusiya və sünilərin rəhbərlik etdiyi hökumətdə şiələrin daha çox iştirakı tələbi ilə fevral ayının ortalarından nümayişlərə başlamışdılar.

XS
SM
MD
LG