Accessibility links

Bibiheybətdə sürüşmə olub


Noyabrın 24-dən 25-nə keçən gecə Bakıda Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub. Nəticədə yolun bir hissəsi tamamilə dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Rəsmi mənbələr zərərçəkənlərlə bağğlı məlumat vermir. Amma, vidokadrlarda bir minik avtomobilinin torpağın altında qaldığı görünür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sürüşmə yolun 100 metrlik hissəsindədir, bir hərəkət zolağı tamamilə dağılıb:

"Amma bu o demək deyil ki, digər hərəkət zolaqları üçün təhlükə yoxdur. Yolun həmin hissəsinin tamamilə dağılmasını və yağışlı havaların davam etməsini nəzər alaraq, təhlükəsizlik baxımından yola giriş tam olaraq məhdudlaşdırılıb," o qeyd edib.

Mətbuat xidmətinin rəhbəri təmirin nə zaman başa çata biləcəyini indidən söyləməyin mümkünsüz olduğunu vurğulayıb.

Hadisə yerinə rəsmi şəxslər gedib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG