Accessibility links

Co Bayden: Tariximizdə ilk dəfə seçkiləri uduzan prezident dinc hakimiyyət dəyişikliyinin qarşısını almağa cəhd göstərdi


VAŞİNQTON – ABŞ Prezidenti Co Bayden ölkənin mahiyyətini sınağa çəkən üsyan cəhdinin ildönümündə vitse-prezident Kamala Harrislə birgə çıxışında amerikalılara müraciət edərək demokratiya dəyərlərini müdafiə edib.

Prezident Co Bayden sabiq prezident ötən il yanvarın 6-da baş verənlərin fəsadları barədə danışaraq məsuliyyəti keçmiş prezident Donald Trampın üzərinə qoyub.

Tramp tərəfdarları Konqres binasına qanunvericilərin orada 2020-ci ilin noyabrında keçirilən seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşdığı vaxt vəzifəsini yerinə yetirən çoxsaylı Kapitoli polisini üstələyərək tarixi binaya daxil olmuşdular. Hücum əsnasında onlar pəncərələri sındırmış, Konqres binasını viran qoymuş, və qanunvericiləri öz təhlükəsizlikləri üçün təxliyyə olunmağa məcbur etmişdilər.

Həmin vaxt baş verən iğtşalar nəticəsində biri Kapitoli polisi olmaqla, hücum zamanı dörd nəfər ölmüşdü. Kütlə onlarla zabiti yaralamış və hücumdan bir neçə ay sonra dörd zabit intihar etmişdi.

Amerikanın İstiqlaliyyət Müharibəsindən tutmuş Vətəndaş Müharibəsi və İkinci Dünya Müharibəsinədək və bərabər hüquqlar uğrunda Seneka Falls, Nyu York və Selma, Alabamada ölkənin üzləşdiyi mübarizələrə istinad edən Bayden deyib: “Biz Amerikanın ruhu uğrunda mübarizə aparırıq.”

O, 2020-ci il seçki nəticələrini sertifikatlaşdırmaq üçün Senatın toplaşdığı zaman Kapitoliyə hücum edənləri pisləyib. Bayden eləcə də hücumlardan az öncə Ağ Evdə nümayiş keçirən Trampı qınayıb.

“Tariximizdə ilk dəfə prezident seçkiləri uduzduqdan sonra zorakı kütlə Kapitloyə hücum edirkən dinc hakimiyyət dəyişikliyinin qarşısını almağa cəhd göstərdi," Bayden deyib. "Ancaq onlar müvəffəq olmadı."

Kapitoli iğtişaşlardan bir il sonra. Vaşinqton, ABŞ.
Kapitoli iğtişaşlardan bir il sonra. Vaşinqton, ABŞ.

“Biz siyasi zorakılığı norma kimi qəbul edən bir dövlət olacağıqmı? Partiyaya loyal seçki məmurlarının xalqın qanuni şəkildə ifadə etdiyi iradəsini alt-üst etməsinə icazə verəcək bir dövlət olacağıqmı? Biz həqiqətin işığında deyil, yalanın kölgəsində yaşayan bir xalq olacağıqmı? Biz özümüzə belə bir dövlət olmağa icazə verə bilmərik. İrəliyə doğru yol həqiqəti tanımaq və ona görə yaşamaqdır”.

Co Baydenin dediyinə görə, Birləşmiş Ştatlarda baş verənlər bu ölkədən xeyli uzaqlarda əks-səda verir.

"Çindən tutmuş Rusiyayadək və digər yerlərdə onlar demokratiyanın sona çatdığına hesab aparırlar," Bayden deyib. “Onlar əslində mənə deyiblər – demokratiya çox ləngdir, parçalanmalar onu taqətdən salır, və sürətlə dəyişən, mürəkkəb dünyada müyəssər olmağa imkan vermir. Və onlar hesab aparırlar ki, Amerika da onlar kimi olaracaq. Onlar hesab aparırlar ki, Amerika avtokrat, diktator məkanına çevriləcək.”

Prezident Bayden çıxışı əzrində Donald Trampın adını çəkməsə də, onun seçki məğlubiyyəti ilə barışmamasını Amerika demokratiyasına zərbə adlandırıb.

"Sən ölkəni yalnız udanda sevə bilməzsən," Bayden deyib.

Baydenin nitqindən az sonra Tramp hazırkı ABŞ prezidentini ölkəni bölməkdə ittiham edib.

Tramp tərəfdarları Kapitoliyə hücum etməzdən bir neçə saat öncə Prezident Donald Tramp Ağ Evin qarşısında keçirilən nümayişdə çıxış etmişdi. Vaşinqton, ABŞ. 6 yanvar, 2021.
Tramp tərəfdarları Kapitoliyə hücum etməzdən bir neçə saat öncə Prezident Donald Tramp Ağ Evin qarşısında keçirilən nümayişdə çıxış etmişdi. Vaşinqton, ABŞ. 6 yanvar, 2021.

“Açıq sərhədlər siyasəti, korrupsiyalaşmış seçkilər, fəlakətli enerji siyasətləri, qeyri-konstitutsional mandarlar, dağıdıcı məktəb qapanmaları ilə Millətimizi dağıdan Bayden mənim adımdan istifadə edərək Amerikanı bir az da parçalamaq istəyir, Tramp yazılı bəyanatda bildirib. “Bu siyasi teatr sadəcə Baydenin tamamilə və total şəkildə iflasa uğramasından diqqət yayındırmaqdır."

Yalnız federal hüquq-mühafizə orqanları və hərbçilərin Kapitoliyə nəzarəti bərpa etməsi ilə iğtişaşların qarşısı alındıqdan bir neçə saat sonra Konqres üzvləri iöz işlərini başa çatdırmış və Baydenin seçkilərdə qələbəsini təsdiqləmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG