Accessibility links

Bayden federal yanacaq vergilərinin 3 aylıq dayandırılmasına çağırır


ABŞ prezidenti Co Bayden çərşənbə günü Konqresi istehlakçıların Birləşmiş Ştatlarda artan yaşayış xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün ölkənin federal yanacaq vergisinin iyuldan sentyabr ayına qədər üç aylıq dayandırılmasını təsdiqləməyə çağırıb.

Vergi 1 qallon (3,8 litr) benzin üçün 18,4 sent təşkil edir. Bu da sürücülər üçün 15 qallon doldurmanın dəyərinə 2,76 dollar əlavə edir. Vergi endirimi dizel yanacağı üçün 1 qallona 24 sent olacaq.

Vergi endiriminin tətbiqinə əminlik olmasa da, Konqres tərəfindən qərar qəbul edilərsə, bu, bir il əvvələ nisbətən may ayında qeydə alınan 8,6% inflyasiya artımını çətin ki, azaltsın. Bu, dörd onillikdə ən sürətli artımdır. Yanacaq xərcləri istehlak mallarında qiymət artımlarının ən böyük pay sahibidir. Lakin ərzaq xərcləri, mənzil kirayələri, hava yolları tarifləri və bir çox digər şeylər də bir il əvvələ nisbətən nəzərəçarpacaq dərəcədə bahalaşıb.

Çox az olsa da, Bayden federal yanacaq vergisinin dayandırılmasının Amerika ailələrinə "bir az nəfəs almaq imkanı" verəcəyini bildirib.

O, ölkənin 50 ştatını müəyyən müddətə yanacaq vergilərini də məhdudlaşdırmağa çağırıb. Bu vergilər orta hesabla 1 qallon üçün 30 sent təşkil edir. Bəzi ştatlar artıq vergilərini azaldıb, bəziləri isə verginin kəsilməsinin avtomobil yollarının tikintisi və təmiri üçün çox ehtiyac duyulan gəlirləri azaldacağından qorxurlar. Federal yanacaq vergisinin azaldılması milli avtomobil yolu fonduna 10 milyard dollara başa gələcək.

Bayden neft şirkətləri və xidmət stansiyası operatorlarından vergi endiriminin "hər qəpiyə şamil edilməsini" xahiş edib.

"Mənfəət vaxtı deyil" - deyə, Prezident qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG