Prezident Co Bayden bazar ertəsi Cənubi Karolinaya səfər edəcək. Orada o, 2015-ci ildə doqquz afo-amerikalının ağ irqçi tərəfindən güllələnərək, öldürüldüyü Çarlstonun Emanuel Ana kilsəsində çıxış edəcək.
Qeyd edək ki, afro-amerikalılar Baydenin seçicilərinin mühüm hissəsidir.
Prezidentin Cənubi Karolinaya səfəri onun kampaniyasının Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizə aparan keçmiş prezident Donald Trampı tənqidlərinin artırdığı bir vaxta təsadüf edir.
Cümə günü Bayden Trampı demokratiya üçün təhlükə adlandırıb. O, bunu Tramp tərəfdarlarının Kapitoliyə hücumunun 3-cü ildönümü ilə bağlı çıxışı zamanı deyib. Tərəfdarları onun 2020-ci il seçkilərindəki məğlubiyyətini ləğv etməyə ümid edirdi.
Son rəy sorğuları bu il Ağ Ev uğrunda yarışlarda kimin qalib gələcəyini müəyyən edəcək ştatlarda Trampın Baydeni qabaqladığını göstərib.
Dekabrda Reuters/Ipsos rəy sorğusunun nəticələrinə görə, qarşıdan gələn kampaniyalarda rəqiblər arasında fərq az olacaq.
Bəzi Demokrat siyasətçilər bu yaxınlarda Baydeni Trampa qarşı tənqidlərini artırmağa çağırıb.
Cənubi Karolina 1976-cı ildən bəri prezident seçkilərində Demokratları dəstəkləmir. Lakin Demokratlar ştat əhalisinin müxtəlifliyi baxımından onun seçki potensialına malik olduğunu deyir.
Forum