Accessibility links

Bayden: "Bərabərlik və demokratiya hücuma məruz qalır"


ABŞ prezidenti Co Bayden amerikalılara "bərabərlik və demokratiyanın hücuma məruz qaldığını" deyib və soydaşlarını "ölkənin ruhu" uğrunda mübarizəyə çağırıb.

Bu barədə dövlət başçısı cümə axşamı Filadelfiyadakı Müstəqillik Zalında çıxışı zamanı bildirib.

"Uzun müddət özümüzü əmin edirdik ki, Amerika demokratiyasına zəmanət verilib. Amma belə deyil. Biz onu müdafiə etməliyik. Onu qorumalıyıq. Onun üçün hərəkət etməliyik. Hər birimiz" – deyə, o qeyd edib.

Baydenin çıxışı qanunvericilik palatalarına hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək aralıq seçkilərinə iki aydan bir qədər əvvəl baş tutub.

Prezident həmçinin əsas rəqibi, çoxlarının 2024-cü ildə yenidən prezidentliyə namizəd ola biləcəyinə inandığı keçmiş prezident Donald Trampı birbaşa tənqid edib.

"Donald Tramp və "Amerikanı Yenidən Möhtəşəm Edək" (AYME) hərəkatından olan Respublikaçılar respublikamızın təməlini təhdid edən ekstremizmi təmsil edirlər", Bayden bildirib.

"Və məncə həqiqət budur" deyən prezident davam edib: "AYME-dən olan Respublikaçılar Konstitusiyaya hörmət etmirlər. Onlar qanunun aliliyinə inanmırlar. Onlar xalqın iradəsini qəbul etmirlər".

"Onlar avtoritar liderləri irəli sürürlər. Onlar bizim fərdi hüquqlarımızı, ədalət hüququmuzu, qanunun aliliyini və ölkəmizin ruhunu təhdid edən siyasi zorakılıq alovunu yandırırlar" – deyə, Bayden əlavə edib.

"Mən düz və səmimi demək istəyirəm: Amerikada siyasi zorakılığa yer yoxdur. Və nöqtə! Heç bir yer yoxdur və olmayacaq da!" - deyə, Prezident vurğulayıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bunun bir kampaniya çıxışı olmadığını bildirib.

O, Baydenin ölkənin qurucularının Müstəqillik Bəyannaməsini və ABŞ Konstitusiyasını müzakirə etdiyi və imzaladığı Müstəqillik Zalındakı çıxışı haqqında bunları deyib: "Bu, siyasi çıxış deyil. Bu, prezidentin Amerika xalqı ilə birbaşa danışması üçün başqa bir fürsətdir".

Eyni zamanda sözçü əlavə edib: "Söhbət inanılmaz dərəcədə ifrat olan gündəmlərdən gedir. Söhbət amerikalıların əksəriyyətinin fikri ilə üst-üstə düşməyən bir gündəmdən gedir. Və beləliklə, bəli, prezident bu barədə danışacaq. O, bundan çəkinməyəcək".

Son günlər Bayden respublikaçı qanunvericilərlə və sələfi Donald Trampla ritorika mübarizəsi aparıb və müxalifət partiyasının fəlsəfəsini kəskin tənqid edərək onu "yarı faşist" adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG