Accessibility links

Bayden çərşənbə günü Viskonsin ştatında seçki kampaniyası tədbirləri keçirəcək


Yenidən seçilmək iddiasında olan prezident Co Bayden çərşənbə günü Viskonsinə səfər edir. Prezident və onun seçki kampaniyası afrikalı-amerikalı, latın amerikalılar və kiçik şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayan qadınlar kimi qruplara diqqət yetirir.

Hazırkı prezident Demokratların Milli Qurultayına kifayət qədər nümayəndənin dəstəyini qazandıqdan sonra Bayden kampaniyası "Let's Go" adlı yeni video yayımlayıb.

Təxminən 70 ildə ilk dəfə prezident seçkiləri iki eyni rəqib arasında keçiriləcək - mübarizə hazırkı prezident Co Bayden və sələfi Donald Tramp arasında gedəcək.

Milvokidə Bayden yenidən administrasiyasının iqtisadi siyasətlərinə diqqət yetirəcək və seçki qərargahının yerli ofisini açacaq.

Ağ Ev daha əvvəl bildirmişdi ki, prezident Viskonsin ştatında ümumi dəyəri 3,3 milyard dollar olan layihələri elan edəcək. Bu layihələrin 40 ştatda həyata keçirilməsi gözlənilir. Vəsaitlərin bir hissəsi (36 milyon dollar) Milvokinin yol infrastrukturunun yaxşılaşdırılmasına yönəldiləcək: səkilərin genişləndirilməsi, velosiped zolaqlarının yaradılması, xüsusi avtobus zolaqları və kanalizasiya sularının Milvoki çayına axmasının qarşısını almaq üçün tikililər.

Səfər 2024-cü il seçkilərinə son təsirə malik ola biləcək yeddi rəqabətli ştatın hər birində hazırkı prezidentin tərəfdarlarını toplamaq kampaniyasının bir hissəsidir. Keçən həftə Bayden artıq Pensilvaniya, Corciya və Nyu-Hempşirdəki seçki kampaniyası tədbirlərinə baş çəkib.

Ötən çərşənbə axşamı Koloradoda təşviqat tədbirləri keçirən vitse-prezident Kamala Harris də keçən həftə Ağ Evin iqtisadi siyasətləri haqqında seçiciləri məlumatlandırmaq üçün Viskonsin ştatına səfər edib.

Gözlənilir ki, altı milyon əhalisi olan Viskonsin indiki seçki mübarizəsində kiçik olmayan rol oynaya bilər. 2020-ci ildə hazırkı prezident burada qalib gəlmişdi (onun üstünlüyü o zaman səslərin 1%-dən az idi). 2016-cı ildə Viskonsin Respublikaçı namizəd Donald Trampı dəstəkləyib.

Forum

XS
SM
MD
LG