Accessibility links

Co Bayden İrlandiya liderləri ilə görüşüb


ABŞ prezidenti Co Bayden cümə axşamı İrlandiya prezidenti Maykl D. Higgins və ölkənin baş naziri Leo Varadkarla danışıqlar aparır. O, eləcə də İrlandiyanın Oireachtas parlamentinə açıqlamalar verməyə hazırlaşır.

Baydenin cədvəlinə, həmçinin Dublin şəhərində gənclərin Qaelic idman nümayişi və Dublin qalasında şam yeməyi daxildir.

Tez-tez İrlandiya irsini vurğulayan Bayden səfərini İrlandiyanın qərb sahilinə, əcdadlarının vətəni Ballinada cümə çıxışı ilə yekunlaşdıracaq.

Bayden İrlandiyaya səfərinə Şimali İrlandiyadan başlayıb.

Çərşənbə günü Dublinə çatdıqdan dərhal sonra Bayden ana tərəfdən ulu babası, ayaqqabı ustası Oven Finneqanın yaşadığı Layt qraflığını və Karlinqford qalasını ziyarət edib. Ağ Evin dediyinə görə, bu, Finneqanın 1849-cu il martın 31-də Nyu Yorka yola düşməzdən əvvəl İrlandiyada gördüyü son yer olub.

Dandolkdakı barda yerli sakinlərlə görüşən Bayden 2016-cı ildə İrlandiyaya səfəri zamanı Finneqan və keçmiş prezident Barak Obamanın ulu babası, o da ayaqqabı ustası olan və təxminən eyni vaxtda ABŞ-a mühacirət edən Cozef Kirni haqqında danışdığı hekayəni bir daha təkrarlayıb.

"Onların nəvələrinin 175 ildən sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama və Co Bayden olacağını təsəvvür edə biləcəklərini düşünmürəm" - deyə, Bayden bildirib.

Bayden Belfastda Şimali İrlandiyanın iflasa uğramış səlahiyyət bölgülü hökumətinin tezliklə bərpa olunacağına ümid etdiyini və Amerika korporasiyalarının bölgəyə sərmayə qoymağa hazır olduğunu deyib.

XS
SM
MD
LG