Accessibility links

Bayden: "Qulların azad edilməsi Amerikanın bərabərlik vədini yerinə yetirmək üzrə işinin sonu deyil, başlanğıcı idi"


ABŞ prezidenti Co Bayden bazar günü 2021-ci ildə təyin edilmiş yeni federal bayram olan Juneteenth (June 19 - aftikalı-amerikalı qulların azad edilməsi günü) münasibətilə bəyanat yayıb.

"Bu gün ölkəmiz "Juneteenth" gününü qeyd edir: bu, insan azadlığını qeyd etmək, köləliyin ağır və davam edən irsi üzərində düşünmək və Amerikanın hər bir amerikalıya verdiyi vədi tam yerinə yetirməyə çalışarkən cəmiyyətimizi narahat etməkdə davam edən sistemli irqçiliyin kökünü kəsmək işinə özümüzü yenidən həsr etmək üçün imkandır" – deyə, ABŞ prezidentinin bəyanatında bildirilir.

Prezident Bayden bir il bundan öncə "Juneteenth" gününün qeyd edilməsi üçün hər iki partiyanın dəstəyi ilə hazırlanmış qanunvericiliyi qeyd edib.

"Keçən il mən böyük qürur hissi ilə bütün amerikalıların bu günün gücünü hiss etmələri, tariximizdən ibrət almaları, tərəqqimizi qeyd etmələri və davam edən işi tanımaları və iştirak etmələri üçün "Juneteenth" gününü milli bayram kimi təsbit edən hər iki partiya tərəfindən hazırlanan qanunu imzaladım" – deyə, bəyanatda bildirilir.

"Qara amerikalılara qarşı köləlik və nəsillər boyu seqreqasiya və ayrı-seçkiliyin səbəb olduğu dərin iztirab və ədalətsizlik də daxil olmaqla, keçmişdəki ədalətsizliklərlə vicdanla üzləşdikdə bir ölkə olaraq güclənirik. Sağalmaq üçün unutmamalıyıq. Millətimizin vədi bütün amerikalılar üçün reallığa çevrilənə qədər biz heç vaxt sakitləşməməliyik," bəyanatda qeyd edilir.

Bayden bildirib ki, bu gün "daha güclü, daha azad və ədalətli bir ölkə olaraq sağalmaq, ümid etmək və ən pis anlarımızdan çıxmaq üçün qeyri-adi qabiliyyətimizi xatırlayırıq".

"Böyük xalqlar ən ağrılı anlarına laqeyd qalmırlar - onlarla qarşılaşırlar" - deyə ABŞ prezidenti bəyanatında bildirib.

Baydenin sözlərinə görə, təkcə bunu qeyd etmək kifayət deyil. "Juneteenth" Amerikanın bərabərlik vədini yerinə yetirmək üzrə işinin sonu deyil, başlanğıcı idi," o qeyd edib.

Prezident Bayden administrasiyasının bərabərlik və irqi ədaləti təşviq etmək və qara amerikalılar icmasının hiss etdiyi sistemli irqçiliyin təsirlərini aradan qaldırmaq üçün bütün hökumət səviyyəsində işlədiyini bildirib. O xatırladıb ki, administrasiya qaradərili ailələr üçün iqtisadi imkanların genişləndirilməsi üçün təşəbbüslər həyata keçirib, ənənəvi olaraq qaradərili tələbələrin təhsil aldığı kollec və universitetləri dəstək verib, səsvermə hüquqlarının qorunması, polis islahatları və ədalət mühakiməsinə çıxışın genişləndirilməsi istiqamətində mühüm addımlar atıb.

"Bu, təntənə, maarifləndirmə və fəaliyyət günüdür. Mənim administrasiyam "Juneteenth" gününü qeyd etməklə ölkəmizdə və qurumlarda bərabərsizliyə son qoymaq və hamıya əsl azadlıq və ədalət gətirmək üçün fəaliyyətini davam etdirəcək" - deyə, ABŞ prezidentinin bəyanatında qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG