Accessibility links

Bayden Əfqanıstanın dondurulmuş aktivlərinin yarısını 11 sentyabr qurbanları üçün saxlayır


ABŞ Prezidenti Co Bayden cümə günü Əfqanıstan mərkəzi bankının dondurulmuş 7 milyard dollar dəyərində aktivlərinin təxminən yarısını 11 sentyabr terror hücumlarının qurbanlarına ayırmaq məqsədilə sərəncam imzalayıb.

Ağ Evin məlumatına görə, qalan 3.5 milyard aktiv isə Əfqanıstanda humanitar yardım üçün ayrılan trast fondunda saxlanılacaq.

Taliban bu addımı dərhal qınayıb.

Talibanın Dohadakı siyasi ofisinin sözçüsü Məhəməddən Naim Twitter-də bildirib ki, “Əfqan xalqının Birləşmiş Ştatlarda dondurulan pullarını oğurlamaq bir ölkənin mənəvi və insani cəhətdən düşə biləcəyi ən aşağı səviyyədir. Məğlubiyyət və qələbə insan tarixinin bir hissəsidir, ancaq bir ölkə və ya onun xalqı üçün ən böyük və qalmaqallı məğlubiyyət hərbi və mənəvi cəhətdən əziyyət çəkməkdir.”

Əfqanıstanın mərkəzi bankı olan Da Afghanistan Bankından Nyu Yorkda Federal Ehtiyat Bürosunda əmanətdə saxlanılan 7 milyard dollar pul Talibanın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirməsi ilə o zamankı prezident Əşrəf Qaninin hökuməti devriləndən bəri dondurulub. Ölkədə o zamandan bəri iqtisadi tənəzzül və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaşanır.

11 sentyabr hücumlarının qurbanlarının bəzi ailələri bu qərarı tənqid edib.

“Biz qəti şəkildə bu dondurulmuş aktivlərin böyük hissəsinin dəhşətli humanitar böhranı yumşaltmaq və bu gün Əfqanıstanda əziyyət çəkənlərə yardım etmək üçün ayrılmasını dəstəkləyirik,” 11 sentyabr hücumunun qurbanı Brüs İqlsonun oğlu Brett İqlson 11 sentyabr hücumlarının qurbanlarının ailələrinin adından paylaşdığı bəyanatda bildirib. “Lakin 11 sentyabr qurbanlarının ailələri üçün nəzərdə tutulan pullar, bu administrasiyanın atdığı bu addımın etdiyi kimi, məsələni məhkəmənin ixtiyarına buraxmaqla, 11 sentyabr hücumunun qurbanlarının ailələrini bir-birilərilə mübarizə aparmağa məcbur edəcək. Bu yanlışdır, ədalətsizdir və haqsızdır.”

Bayden administrasiyanın rəsmisi müxbirlərə etiraf edib ki, ABŞ-ın tanımadığı bir hökumətin milyardlarla dollar dəyərində aktivlərini saxlaması “misli görünməmiş bir vəziyyətdir.”

“Məncə biz pulun bir hissəsinin ölkədəki insanların xeyrinə istifadə olunmasını təmin etməklə məsuliyyətli şəkildə hərəkət edirik,” o deyib.

Bayden administrasiyasının 3.5 milyard dolları Əfqanıstan xalqının humanitar ehtiyacları üçün necə istifadə etməyi planlaşdırdığı hələ ki, aydın deyil.

“Biz hələ də həmin trast fondunun və onun idarə üsülunun, habelə vəsaitlərin kokret istifadəsi üzərində işləyirik,” rəsmi deyib.

“Bunlar əfqan xalqının ehtiyatıdır, Talibanın deyil,” Ceykob Kurtzer Amerikanın Səsinə bildirib. Kurtzer Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Humanitar Gündəm ofisinin direktorudur.

“Ona görə də, məncə, onları dondurmaq və öz daxili hesablarımıza əsaslanaraq bölüşdürmək Əfqanıstan xalqına Birləşmiş Ştatların onların üzləşdikləri humanitar və iqtisadi böhranın həllində oynadığı rolla bağlı səhv mesaj göndərir,” o deyib.

Kurtzer deyib ki, indi Bayden administrasiyası mənəvi cəhətdən Əfqanıstan iqtisadiyyatının təkcə humanitar yardımdan asılı olmamasına yardım etməyə məcburdur. Bu isə heç bir ölkənin rəsmi olaraq Talibanı Kabildəki legitim hökumət olaraq tanımadığını nəzərə aldıqda çox çətin bir işdir.

Hadson İnstitutunun Cənubi və Mərkəzi Asiya proqramının direktoru Hüseyin Haqqani deyib ki, Baydenin qərarı Talibanın dəyişmədiyi və hiyləgər rejim olduğu reallığını əks etdirir.

“Talibanın devirmək üçün mübarizə apardığı hökumətin aktivlərinə iddiasının haqlı olmadığını anlamaq lazımdır,” Haqqani Amerikanın Səsinə bildirib. “Taliban və onların müdafiəçiləri Əfqanıstandakı humanitar böhrandan sadəcə olaraq özlərinin beynəlxaq ictimaiyyətin tamamilə fərqli bir Əfqanıstanı təmin etdiyi pulları almalarına haqq qazandırmaq üçün istifadə edib.”

Bayden administrasiyasının rəsmisi deyib ki, Prezident Baydenin bu addımına Konstitusiya və Birləşmiş Ştatların qanunları, o cümlədən prezidenti milli fövqəladə vəziyyət elan olunandan sonra müxtəlif iqtisadi tranzaksiyaları tənzimləmək üçün geniş səlahiyyətlərlə təmin edən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyət Aktı altında qanuni olaraq icazə verilir.

XS
SM
MD
LG