Accessibility links

Bayden yenidən prezidentliyə namizədliyini irəli sürüb


ABŞ Prezidemti Co Bayden Ağ Evdə çıxış edir. Vaşinqton. 5 aprel, 2022.
ABŞ Prezidemti Co Bayden Ağ Evdə çıxış edir. Vaşinqton. 5 aprel, 2022.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı rəsmi olaraq yenidən prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. O, video-müraciətində seçiciləri ona administrasiyasının iki il əvvəl başlatdığı “işi bitirmək” üçün daha çox vat verməyə çağırıb.

Ölkənin iki əsas siyasi partiyası olan Demokratlar və Respublikaçıların rəsmi namizədləri bir ildən çox müddət sonra, yəni 2024-cü ilin noyabr ayında keçiriləcək seçkilərə aylar qalmış bəlli olacaq.

Ancaq Bayden hazırda prezident olduğu üçün Demokratların presedentə uyğun olaraq, namizəd olaraq başqa birini seçmək ehtimalları çox aşağıdır. Bayden 2020-ci il seçkisində Respublikaçı prezident Donald Trampı məğlub etmişdi.

Tramp seçki nəticələrini qəbul etməyi rədd edib, əsassız seçki saxtakarlığı ittihamları irəli sürmüşdü. Trampın bir sıra tərəfdarı yanvarın 6-da Konqres seçki nəticələrini təsdiqləmək üçün bir araya gəldiyi bir vaxt ABŞ Kapitoli binasına zorla daxil olmuşdu. Baydenin seçki kampaniyası çərşənbə axşamı verdiyi açıqlamada həmin andan video görüntüləri paylaşıb.

“Hər bir nəsil amerikalı demokratiyanı müdafiə etməli olduğu bir anla üzləşib,” Bayden deyib. “Şəxsi azadlıqları müdafiə edin. Səs vermək haqqını və bizim vətəndaş hüquqularımızı müdafiə edin.”

O, Respublikaçıların aborta çıxışı məhdudlaşdırmaq, sosial təminatı azaltmaq, seçki hüquqlarını məhdudlaşdırmağa çalışdıqlarını və “insanlara kimi sevə biləcəklərini söylədiklərini” deyib.

İnaqurasiya olunduğu zaman ölkənin ən yaşlı prezidenti olan Bayden yeni seçki kampaniyasından öncə yaşı ilə bağlı narahatlıqlara məhəl qoymayıb. Yenidən seçilsə, ikinci vəzifə müddətinə başladığı zaman onun 82 yaşı olacaq.

XS
SM
MD
LG