Accessibility links

Baydenin Yaxın Şərqə ilk səfərində diqqət regional problemlərə yetiriləcək


ABŞ Prezidenti Co Bayden 18 ay əvvəl vəzifəyə gəldikdən bəri Yaxın Şərqə ilk səfərini edəcək. O, Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurasının altı üzvü və İordaniya, Misir və İraq liderləri ilə görüşərək, İranın təhdidedici regional fəaliyyətini müzakirə edəcək.

Bu arada, İranla nüvə sazişini canlandırmaq üzrə danışıqlar nəticəsiz qalmaqda davam edir, qlobal yanacaq qiymətləri isə yüksək olaraq qalır.

Baydenin səfəri ərəfəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misir liderlərinin iştirakı ilə regionda diplomatik fəallıq müşahidə olunub. Həmçinin, İranın artan təsirini tarazlaşdırmaq üçün Yaxın Şərqdə ərəb dövlətləri və İsrailin təhlükəsizlik və müdafiə məsələlərində daha çox əməkdaşlığı nəzərdə tutan mümkün NATO tipli müdafiə ittifaqı müzakirə olunub.

İordaniya kralı Abdulla bildirib ki, o, artıq ölkəsini NATO-nun “tərəfdaşı” kimi görür. Belə ki, o, alyansla sıx əməkdaşlıq edib və onun qoşunları keçmişdə NATO qüvvələri ilə “çiyin-çiyinə” döyüşüb.

Vaşinqtonda yerləşən Stimson Mərkəzinin əməkdaşı, analitik Əmir Əl Səbayli Amerikanın Səsinə regiondakı sünni müsəlman Səudiyyə Ərəbistanı şiə rəqibi İranı nəzarətdə saxlamaq istədiyini deyib.

“Səudiyyəlilər onların iştirakı nəzərə alınmada İranla yeni nüvə sazişinin olmasını istəmir” Əl Səbayli deyib. “Onlar uzun müddətdir İranın bölgədəki təcavüzkar, düşmənçilik siyasətindən və ballistik silahlardan narahatdırlar” deyə, əlavə edib.

Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Kim Qattas Karnegi Yaxın Şərq Mərkəzində keçirilən tədbirdə çıxış edərək deyib ki, İranla gərginlik davam edir və o, İranla hər hansı bir nüvə razılaşmasının əldə oluna biləcəyinə şübhə ilə yanaşır.

Karnegi Beynəlxalq Sülh Fondunun baş əməkdaşı Aaron David Miller də Yaxın Şərq panelinə deyib ki, “neft Baydenin səfərində açıq-aydın geo-siyasi strateji katalizator” olsa da, o, yaxın zamanda neft hasilatında ciddi dəyişikliyin olacağını düşünmür.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG