Accessibility links

Baydenin Yaxın Şərqə səfəri insan hüquqları ilə bağlı qarışıq reaksiyalar yaradıb


Baydenin Yaxın Şərqə səfəri insan hüquqları ilə bağlı qarışıq reaksiyalar yaradıb
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Baydenin Yaxın Şərqə səfəri insan hüquqları ilə bağlı qarışıq reaksiyalar yaradıb

Prezident Baydenin bu yaxınlarda Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşməsi ABŞ prezidenti və onun xarici siyasəti ilə bağlı kəskin tənqidlərə səbəb oldu. ABŞ kəşfiyyatı Məhəmməd bin Salmanın 2018-ci ildə Vaşinqton Post qəzetinin yazarı Camal Xaşuqçinin qətlinin arxasında olduğunu bildirib. Ağ Ev prezident Baydenin vəliəhd şahzadə ilə görüşündə Xaşuqçinin qətli ilə bağlı məsələni qaldırdığını bəyan edib. Lakin mətbuat azadlığı və insan hüquqları müdafiəçiləri Baydenin Məhəmməd bin Salmanla görüşünün vəliəhdin istədiyi legitimliyi ona verdiyini bildirir.

Müşahidəçilər prezident Co Baydenin iki tanınmış jurnalistin qətli ilə bağlı məsələni necə ünvanladığını bilmək üçün onun Yaxın Şərqə ilk səfərini diqqətlə izləyirdilər.

Fələstinli amerikalı jurnalist Şirin Əbu Akleh mayın 11-də İsrailin İordan çayının Qərb sahilində keçirdiyi reydi zamanı öldürülüb. Onun ailəsi Baydenlə Qüdsdə görüşməyi xahiş edib, lakin bunun əvəzinə ailə Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşə dəvət olunub.

Dövlət Departamenti onun ölümünə İsrail tərəfindən açılan atəşin səbəb ola bildiyini bildirib, lakin atəşin qəsdən açılıb-açılmadığı ilə bağlı bir söz deyə bilməyib. İnsan hüquqları üzrə bəzi ekspertlər ABŞ-ın daha çox iş görməli olduğunu bildirir.

“... Bəli, israillilər öz təhqiqatını aparıblar. Fələstinlilər də özləri təhqiqat aparıblar. Lakin Şirin ABŞ vətəndaşı idi. Federal Təhqiqatlar Bürosu özü araşdırmalıdır, siyasəti bir tərəfə qoymalıdır. Bu, Amerika vətəndaşıdır və o, müstəqil təhqiqatın aparılmasına layiqdir,” Human Rights Watch təşkilatının nümayəndəsi Sara Yager bildirib.

Lakin prezidentin səfəri ilə bağlı tənqidlərin çoxu Baydenin iyulun 15-də Ciddədə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanla görüşən zaman onu salamlamasına yönəlib; görüntü Səudiyyə Ərəbistanı Krallığı tərəfindən sosial mediada sürətlə paylaşıldı və bütün dünyada izləniləndi.

“... Mərkəzi Kəşfiyyat İdarəsinin Məhəmməd bin Salmanın ölümünə göstəriş verdiyi Səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlindən sonra bu görüntü çox anlaşılan narazılıq və qəzəb hissi doğurub,” Yaxın Şərq İnstitutunun təhlilçisi Brayan Katulis deyib.

Məhəmməd bin Salman 2018-ci ildə Camal Xaşuqcinin qətlinə görə məsuliyyət daşıdığını inkar edir. Katulis ABŞ prezidentlərinin insan hüquqları sahəsində yüksək göstəricilərə malik olmayan ölkələrlə birbaşa əlaqə saxlamasının və narahatlıq doğuran məsələləri üz-üzə müzakirə etməsinin daha yaxşı olacağını düşündüyünü bildirib.

“Mən alternativ arqumenti başa düşmürəm, yəni siz əlaqələri kəsirsiniz, təcrid edirsiniz, əlaqə qurmursunuz və sonra sanki birdən-birə bu onlar tərəfindən üsyan kimi qəbul edilir və insan hüquqları sahəsində vəziyyət sehrli şəkildə yaxşılaşır,” Yaxın Şərq İnstitutunun təhlilçisi Brayan Katulis bildirib.

Lakin Human Rights Watch təşkilatından Sarah Yager deyir ki, o, diktatorların prezident tərəfindən ziyarət edilməsinin real zərər verə biləcəyinə inanır.

“Prezident Baydenin Yaxın Şərqə səfəri avtoritar rejimləri gücləndirəcək və təkcə Yaxın Şərqdə deyil, mən Uqanda, Filippin, Hindistanda Modi, avtoritarizm astanasında olan, repressiv taktikalardan istifadə edən, vətəndaş cəmiyyətini bağlayan, jurnalistləri hədəfə alan və siyasi rəqiblərini həbs edən liderlərdən danışıram,” bildirib.

Yaqer Amerikanın Səsinə deyib ki, o, Baydenin səfərindən sonra Səudiyyə Ərəbistanı vəliəhdinin çox güman ki, bütün islahat iddialarından əl çəkəcəyi və krallıqda qadın hüquqlarına və siyasi müxalifətə qarşı daha da sərt addımlar atacağını düşünür.

XS
SM
MD
LG