Accessibility links

Bayden Rusiya Ukraynaya müdaxilə etməzsə Putinlə danışıqlara razıdır


Ağ Evin qarşısında "Ukraynanın yanında olun" aksiyası
Ağ Evin qarşısında "Ukraynanın yanında olun" aksiyası

Ağ Evin bazar günü axşam saatlarında bildirdiyinə görə, ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə "prinsipcə" və yalnız Rusiya "hərbi əməliyyatlara başlamayacağı təqdirdə" görüşməyi qəbul edib.

Mətbuat katibi Cen Psakinin bəyanatında ABŞ dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bundan öncə ilk olaraq bu həftə Avropada danışıqlar aparacağı bildirilib.

Diplomatik səylər ABŞ-ın Rusiyanın Ukraynaya müdaxiləsinin mümkünlüyü barədə xəbərdarlıq etdiyi və aylardır davam edən böhranın sülh yolu ilə həllinə üstünlük verən ABŞ və onun Qərb müttəfiqlərinin əks halda cəzalandırıcı sanksiyalar tətbiq edəcəklərini bəyan etdiyi vaxt göstərilir.

“Biz hər zaman diplomatiyaya hazırıq. Biz həmçinin Rusiya müharibəni seçərsə, cəld və ağır nəticələrə hazırıq. Və indi belə görünür Rusiya çox yaxında Ukraynaya genişmiqyaslı hücuma hazırlıqlarını davam etdirir” - deyə, Psaki bildirib.

Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə Bayden-Putin görüşü ilə bağlı hələlik konkret planın olmadığını və belə bir görüşün “liderlər mümkün bilərsə, mümkün olduğunu” deyib.

Bazar günü həm ABŞ, həm də Rusiya liderləri ilə danışan Fransa prezidenti Emmanuel Makron hər iki liderin sammit prinsipini qəbul etdiyini deyib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba jurnalistlərə açıqlamasında “diplomatik həllə yönəlmiş bütün səyləri sınamağa dəyər” deyib və bu təşəbbüsü alqışlayıb.

“Əlbəttə, insan olaraq və müharibənin qarşısını almaq istəyən insanlar olaraq ümid edirik ki, iki prezident otaqdan Rusiyanın Ukraynadan qoşunlarını çıxarması ilə bağlı razılaşma ilə çıxacaq”- deyə, Kuleba Brüsseldə Avropa İttifaqı həmkarları ilə görüşdən əvvəl bildirib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

O əlavə edib ki, Blinken onu əmin edib ki, Ukraynanın iştirakı olmadan bu ölkə ilə bağlı heç bir qərar qəbul edilməyəcək və Rusiya rəsmiləri ilə görüşlərdən əvvəl “maraqlarımızın nəzərə alınmasını təmin etmək” üçün addımlar koordinasiya ediləcək.

Avropa İttifaqı da bazar ertəsi "sabitliyi gücləndirmək" üçün Ukraynaya 1,4 milyard dollar kredit ayırdığını elan edib. Bu addım ABŞ-ın keçən həftə Ukraynaya analoji olaraq 1 milyard dollarlıq yardımını elan etməsindən sonra atılıb.

Ukrayna prezidenti Vladimir Zelenski Makronla son günlər Rusiya separatçıları ilə Ukrayna qüvvələri arasında atışmaların davam etdiyi ölkənin şərqində vəziyyəti müzakirə etdiyini deyib.

Zelenski Twitter səhifəsində “sükut rejimi”nə çağırıb və Rusiya, Ukrayna və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının daxil olduğu Üçtərəfli Təmas Qrupu ilə danışıqların keçirilməsini dəstəklədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG