Ağ Evin çərşənbə axşamı bildirdiyinə görə, Prezident Co Bayden Rusiyanı terrorizmin sponsoru kimi təyin etməmək barədə yekun qərar verib. Bayden belə bir addımın əks nəticə verə biləcəyini, Rusiyanın işğalı və Ukraynaya dəstək fonunda ABŞ üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyini deyib.
Bazar ertəsi jurnalistlərin ondan "Rusiya terrorizmin sponsoru kimi təyin olunmalıdırmı?" sualının cavabında Bayden bir kəlmə "xeyr" deyib. Belə bir cavab Rusiyanın hazırda Kuba, İran, Şimali Koreya və Suriyanın daxil olduğu qısa, qorxunc siyahıya əlavə edib-etməmək barədə Kapitoli və xarici paytaxtlarda aylarla davam edən ciddi, qızğın müzakirələrə son qoyub.
Ölkələrə bu etiket ABŞ dövlət katibinin hökumətlərin "beynəlxalq terrora dəfələrlə dəstək verdiyini" bildirməsindən sonra asılır. Bu təyinat ABŞ-ın yardım, müdafiə ixracına və satışına qadağa həm hərbi, həm də qeyri-hərbi məqsədlər üçün istifadə edilə bilən əşyalara nəzarət və bir sıra digər məhdudiyyətlər tətbiq etmək kimi qadağalarına səbəb olur.
Çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karin Jan Pyer prezidentin bu məsələ ilə bağlı fikirləri haqqında ətraflı məlumat verib.
"Belə bir təyinat Ukrayna və dünya üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Məsələn, müzakirələr apardığımız humanitar ekspertlər və Qeyri Hökumət Təşkilatlarının fikrincə, bu, Ukrayna ərazilərində yardımın çatdırılma prosesinə ciddi təsir göstərə bilər" - deyə, o bildirib.
O, "başqa bir səbəb də odur ki, bu, qlobal ərzaq böhranını yumşaltmağa yardım etmək və Ukraynanın bir milyon tondan çox ərzaq ixracatının dünyaya çatmasına səbəb olan Qara dəniz limanları sazişini təhlükə altına ala bilər" deyib.
"Bu, eyni zamanda [Rusiya Prezidenti Vladimir] Putini məsuliyyətə cəlb etməkdə çox təsirli olan misli görünməmiş çoxtərəfli şərtləri zəiflədə və bizim Ukraynanı danışıqlar masasında dəstəkləmək qabiliyyətimizə xələl yetirə bilər" - deyə, əlavə edib.