Accessibility links

Prezident Bayden Rusiyanın Ukraynaya raket zərbələrini pisləyib


Prezident Co Bayden bazar ertəsi Rusiyanın Ukraynanı raket zərbələrinə məruz qoymasını pisləyərək, bunun Vladimir Putinin Ukrayna xalqına qarşı apardığı qanunsuz müharibəsinin hədsiz qəddarlığını nümayiş etdirdiyini bildirib.

“Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ərazisinə, eləcə də Kyivə bugünkü raket zərbələrini kəskin şəkildə pisləyir. Bu zərbələr nəticəsində dinc sakinlər həlak olub və yaralanıb, heç bir hərbi təyinatı olmayan obyektlər dağılıb. Bu zərbələr bir daha cənab Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin son dərəcə qəddarlığını nümayiş etdirdi,” Ağ Evin açıqladığı bəyanatda bildirilib.

“Bu gün mənasız şəkildə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, Amerika lideri vurğulayıb.

ABŞ prezidenti deyib ki, “bu zərbələr Ukrayna xalqına lazım olan müddətdə qədər dəstək öhdəliyimizi daha da gücləndirir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın təcavüzünün bədəlini hiss etməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Co Bayden həmçinin söz verib ki, ABŞ və müttəfiqləri “Putin və Rusiyanın bütün vəhşiliklər və hərbi cinayətlərinə görə cavabdeh olması və Ukrayna qüvvələrinə öz ölkələrini və azadlıqlarını qorumaq üçün bütün lazımi dəstəyi vermək üçün hər şey edəcək”.

“Biz bir daha Rusiyanı bu əsassız təcavüzü dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq,” Bayden bildirib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ABŞ Kyivə təhlükəsizlik məqsədilə 16,8 milyard dollardan çox yardım edib və Ukraynada müharibəyə görə Moskvaya qarşı geniş spektrli iqtisadi sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG