Accessibility links

Bayden: Çin işğal etdiyi halda ABŞ Tayvanı müdafiə edəcək


Prezident Co Bayden Birləşmiş Ştatların Çinin Tayvanı işğal etdiyi təqdirdə Tayvanı müdafiə etmək üçün müdaxiləyə hazır ola biləcəyini bildirib. Baydenin son şərhi ABŞ-ın məsələ ilə bağlı uzun müddətdir davam edən "strateji qeyri-müəyyənlik" siyasətini şübhə altına alır.

Tokioda keçirilən mətbuat konfransında Baydenə ABŞ-ın Rusiyanın Ukraynaya təcavüzündən sonra Vaşinqtonun müdaxilə etmədiyini nəzərə alaraq, "Tayvanı müdafiə etmək üçün hərbi müdaxiləyə" hazır olub-olmadığı haqda sual verilib.

"Bəli. Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir" - deyə, Bayden ABŞ-ın Tayvanı bu ehtimali müdafiəsinin nəticələrinin nə olacağını dəqiqləşdirmədən bildirib.

Bu, Baydenin digər ABŞ prezidentlərinin Çinin Tayvana mümkün işğalı ilə əlaqədar uzun müddətdir istifadə etdiyi "strateji qeyri-müəyyənlik" kimi yanaşmasından uzaqlaşdığını göstərən son addımdır.

Çinin Xarici İşlər Nazirliyi buna dərhal cavab verərək, Pekinin suverenliyi ilə bağlı məsələlərdə güzəştə yol verilmədiyini bildirib.

Bayden oktyabr ayında buna oxşar açıqlamalar verib. Ağ Ev rəsmiləri hər iki halda Baydenin şərhlərini tez bir zamanda aydınlaşdırmağa çalışıb.

"Prezidentin dediyi kimi, bizim siyasətimiz dəyişməyib. O bizim vahid Çin siyasətimizi və Tayvan boğazında sülh və sabitliyə sadiqliyimizi bir daha təkrarlayıb", Ağ Ev rəsmisi bazar ertəsi bildirib.

Bununla belə, ABŞ rəsmisi Baydenin Tayvanı müdafiə etməsinə dair şərhlərindən geri çəkilməyib.

Təkpartiyalı avtoritar dövlət olan Çin demokratik Tayvanı separatçı əyalət kimi görür və lazım gələrsə, onu zorla geri alacağına çoxdan söz verib. Pekin həmçinin son illərdə adanın yaxınlığında çox sayda hərbi təyyarələrin uçuşlarını keçirib.

Bayden Tokioda Çinin "təhlükə ilə oynadığını", lakin o, Çinin xüsusilə də dünyanın Rusiyanın Ukraynanın işğalına qarşı durduğu halda Tayvanı ələ keçirmək üçün güc tətbiq edəcəyini gözləmədiyini deyib.

"Mən düşünürəm ki, çox şey dünyanın bu cür hərəkətlərin uzunmüddətli bəyənilməməsi ilə nəticələnəcəyini nə qədər aydın göstərməsindən asılıdır", Bayden bildirib.

XS
SM
MD
LG