Accessibility links

Bayden Rusiyadan uran idxalını qadağan edən qanun layihəsini imzalayıb


ABŞ prezidenti Co Bayden bazar ertəsi daha əvvəl ABŞ Konqresi tərəfindən qəbul edilmiş "H.R.1042" - "Rusiyadan uranın idxalına qadağa" haqda qanun layihəsini imzalayıb.

Amerika şirkətləri kommersiya nüvə reaktorları üçün əsas yanacaq olan zənginləşdirilmiş urana görə Rusiyaya ildə təxminən 1 milyard dollar ödəyirdi. "Rosatom" ABŞ-dakı 93 nüvə reaktorunda istifadə edilən zənginləşdirilmiş uranın təxminən 20 faizini təmin edirdi.ША.

Bu tədarüklər 2023-cü ildə “Rosatom”-un Rusiyanın silah biznesini Ukraynada müharibədə istifadə olunan raket yanacağı üçün komponentlər, texnologiya və xammalla təmin etdiyinə dair sənədləşdirilən sübutlardan sonra da davam edib.

Rusiyadan uranın qadağan edilməsinə dair qanun imzalandıqdan 90 gün sonra qüvvəyə minməlidir. Sənəddə Rusiyadan təchizat dayandırıldıqdan sonra nüvə reaktorlarını bağlamaq məcburiyyətində qalacaq müəssisələr üçün 2028-ci ilə qədər istisnalar nəzərdə tutulur.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan verdiyi açıqlamada bildirilir ki, "prezident Bayden ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək və mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığa son qoyacaq tarixi qanunu imzalayıb."

Bayden administrasiyasının bildirdiyinə görə, "bu yeni qanun Amerikanın nüvə sektorunda liderliyini bərpa edir. O, gələcək nəsillər üçün ABŞ-ın enerji sektorunun təhlükəsizliyini təmin etməyə kömək edəcək".

Ağ Ev həmçinin ABŞ Konqresinin bu yaxınlarda ayırdığı 2,72 milyard dollarlıq federal maliyyə sayəsində ölkədə uranın zənginləşdirilməsi üzrə yeni qurğuların işə salınacağına ümid edir.

"Biz nüvə sektorumuzun uzunmüddətli inkişafına sadiqik" - deyə, Sallivan əlavə edib.

Bundan əlavə, ABŞ keçən ilin dekabrında Kanada, Fransa, Yaponiya və Britaniya ilə öz ölkələrində zənginləşdirmə və konversiya imkanlarını genişləndirmək üçün birgə 4,2 milyard dollar sərmayə qoymaq barədə razılığa gəlib.

Forum

XS
SM
MD
LG