Accessibility links

Bayden Trampı NATO ilə bağlı şərhlərinə görə tənqid edir, respublikaçıları Ukraynanı maliyyələşdirməyə çağırıb


Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden rəqibi Donald Trampın NATO ilə bağlı səsləndirdiyi fikirlərə görə sərt şəkildə tənqid edərək, sabiq prezidentə göstərilən dəstəyi Amerikanın maraqlarına təhdid kimi təsvir edib.

ABŞ prezidenti əlavə edib ki, Nümayəndələr Palatasının respublikaçıları Konqresin Ukraynanın müdafiəsinə dəstək verən tədbirini dəstəkləyib-dəstəkləməyəcəyinə qərar verərək “Amerika və ya Trampın yanında dayanmağı” seçməlidir.

Ağ Evdə danışan Bayden Trampın prezident olduğu zaman NATO liderlərinə təhlükəsizlik bloku qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən üzvləri müdafiə etməyəcəyini və Rusiyanın onlara qarşı təcavüzünü dəstəkləyəcəyini dediyi həftə sonu açıqlamalarını tənqid edib.

"Mən onları [Rusiyanı] istədiklərini etməyə təşviq edərdim", Tramp adını açıqlamadığı NATO üzvü olan ölkənin rəhbərinə dediyini bildirib.

"Tariximizdə heç bir başqa prezident Rusiya diktatoruna boyun əyməyib. İcazə verin, bunu bacardığım qədər açıq deyim: bunu heç vaxt etməyəcəyəm. Tanrı xatirinə, bu, ağılsızlıqdır, utancvericidir, təhlükəlidir, Amerika dəyərlərinə ziddir".

"Amerikaya etibar etmək olar və Amerika azadlıq tərəfdarıdır. Biz müttəfiqlərimizin yanında möhkəm dayanmışıq. Biz heç vaxt heç kimə boyun əymirik və əlbəttə ki, Vladimir Putinə də edən deyilik. Ona görə də gəlin davam edək. Unutmayın ki, Birləşmiş Ştatlar 50-yə yaxın dövlətin Ukraynaya dəstək verdiyi koalisiya yaradıb”.

“[Tramp] NATO-ya baxanda onu Amerikanı və dünyanı qoruyan ittifaq kimi görmür. Təhlükəyə qarşı mühafizə təmin edən reket sxemi kimi görür. NATO-nun azadlıq, təhlükəsizlik və milli suverenliyin fundamental prinsipləri üzərində qurulduğunu anlamır" – deyə, prezident qeyd edib.

Bayden iddia edib ki, Trampın doktrinası amerikalılara deyil, onların düşmənlərinə xidmət edir.

Amerikanın Səsi Tramp kampaniyasının iki nümayəndəsindən keçmiş prezidentin Baydenin sözlərindən nə danışdığını soruşub. Onlar bu sorğuya dərhal cavab verməyiblər.

Forum

XS
SM
MD
LG