Accessibility links

Bayden nifrətdən qaynaqlanan zorakılığı hədəfləyən sentyabr sammitinə ev sahibliyi edəcək


Ağ Evin cümə günü bildirdiyinə görə, ABŞ Prezidenti Co Bayden nifrətdən qaynaqlanan zorakılığın Amerika demokratiyasına təsirlərinə qarşı çıxmaq və onun administrasiyasının silah zorakılığını azaltmaq yolunda gördüyü işləri vurğulamaq üçün sentyabr ayında Ağ Evdə sammit keçirəcək.

Ağ Evin mətbuat katibi Karin Cin Pyer açıqlamasında sentyabrın 15-də keçiriləcək “United We Stand” adlanan sammitdə rəsmilər, dini liderlər və vətəndaş hüquqları qruplarının nümayəndələrinin bir araya gətirəcəyini və Baydenin vahid Amerika üçün ortaq baxışı ortaya qoyacaq çıxışının olacağını bildirib.

“Oak Krikdən Pittsburqa, El-Pasodan Poueyə, Atlantadan Bafaloya qədər, ölkəmizdə nifrətlə dolu bir sıra hücumlar baş versə də, amerikalılar bu cür zorakılıqlara qarşı böyük birlik nümayiş etdirir" - deyə, Cin-Pyer bildirib..

Demokrat Bayden iyun ayında, noyabr ayında keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində imzaladığı silah təhlükəsizliyi ilə bağlı qanun da daxil olmaqla, qanunvericilikdəki son qələbələrini vurğulamağa çalışır.

Təhlilçilərin çoxu Respublikaçıların Nümayəndələr Palatasını ələ keçirmək üçün güclü şansı olduğunu və Demokratların nəzarətində olan Senatı ələ keçirməyə hazır olduqlarını proqnozlaşdırır.

Respublikaçıların bir və ya hər iki palataya nəzarəti Baydenin dörd illik səlahiyyət müddətinin ikinci yarısı üçün qanunvericilik gündəliyinin çox hissəsini poza bilər.

XS
SM
MD
LG