Accessibility links

Baydenin COVID testi yenidən müsbət çıxıb


Prezident Co Baydenin COVID-19 testinin nəticələri şənbə günü yenidən müsbət çıxıb. Bu barədə Ağ Ev məlumat verib. Bundan üç gün öncə isə onun koronavirus səbəbilə daxil olduğu karantin müddəti başa çatmışdı. Bu, virus əleyhinə dərmanla müalicədən sonra nadir rast gəlinən virusun “təkrarlanması” halıdır.

Ağ Evin həkimi Dr. Kevin O’Konnor yazdığı məktubda bildirib ki, “Baydendə yenidən heç bir simptom yoxdur və özünü yaxşı hiss etməyə davam edir.”

Bayden Xəstəliklərlə Mübarizə və Profilaktika Mərkəzinin (CDC) göstərişinə müvafiq olaraq ən azı beş gün yenidən təcrid olunacaq. Mərkəz təkrar hallarda xəstəlik yüngül keçir.

Baydenin testinin nəticələri müsbət çıxmadan iki saat öncə Ağ Ev prezidentin qarşıdan gələn çərşənbə axşamı qabaqcıl texnologiyanın yerli istehsalını təşviq edən qanun layihəsinin təsdiqləndiyini vurğulamaq üçün Miçiqan ştatına səfər edəcəyini açıqlayıb. Baydenin həmçinin bazar günü Delaver ştatının Vilminqton şəhərindəki evinə gedəyi gözlənilirdi. Prezident Ağ Evdə karantində olduğundan bəri birinci ledi Cill Bayden Vilminqtonda qalır. Hər iki səfər təxirə salınıb, Bayden isə yenidən təcrid olunub.

79 yaşlı Bayden virus əleyhinə Paxlovid dərmanı ilə müalicə olunub. Onun çərşənbə axşamı və çərşənbə günü testinin nəticələri mənfi çıxıb. O, bu dərmanla müalicə olunduqdan sonra virusun təkrar üzə çıxdığı çox az sayda insanlardan biridir.

Tənzimləyicilər hələ də bu cür halların yayılması və zərərliliyini araşdırırlar, ancaq CD may ayında həkimlərə bu cür halların test nəticələri mənfi çıxandan iki-səkkiz gün arası baş verə biləcəyi haqda xəbərdarlıq edib.

“Hazırda mövcud olan məhdud məlumatlar Paxlovidlə müalicə olunan və virusun daha sonra yenidən üzə çıxdığı insanların xəstəliyi yüngül şəkildə keçirdiyini göstərir,” mərkəz o zaman bildirib.

Baydenin çərşənbə günü karantin müddəti başa çatdığında O’Konnor virusun təkralanıb-təkrarlanmayacağını müəyyən etmək üçün prezidentin daha tez-tez test olunacağını bildirmişdi.

XS
SM
MD
LG