Accessibility links

Bayden illik hesabat məruzəsi ilə çıxış edəcək


İllik hesabat məruzəsi ənənəvi olaraq Amerika prezidentlərinin ölkə daxilində əldə olunan uğurları vurğuladığı bir tədbirdir və Prezident Co Baydenin də cümə axşamı iqtisadiyyat, reproduktiv hüquqlar, silahlara nəzarət və immiqrasiyanı müzakirə edəcəyi gözlənilir.

Ancaq Birləşmiş Ştatlar Yaxın Şərq və Avropada müharibələrlə məşğul olduğu bir vaxt Baydenin Konqresin birgə iclası qarşısında dördüncü və mümkündür ki, sonuncu hesabat məruzəsinin gündəmində xarici siyasət əsas yeri tuta bilər.

Bayden “Amerikanın dünya səhnəsində liderliyini bərpa etməkdə” əldə etdiyi nailiyyətləri vurğulamaq niyyətindədir,” Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri bazar ertəsi Amerikanın Səsinə müsahibədə deyib.

O əlavə edib ki, Amerikanın liderliyi dünya liderləri və rəqiblərin hərəkətlərinə “milli təhlükəsizlik maraqlarımıza daha çox uyğun yollarla” təsir göstərmək imkanı verir.

Bu təsir Qəzza xalqına daha çox humanitar yardımın necə çatdırılması, Fələstin Milli İdarəsinin müharibədən sonrakı rolu və ABŞ-ın gələcək Fələstin dövləti ilə bağlı baxışı da daxil olmaqla, Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında kəskin fikir ayrılıqlarını aradan qaldırmaqda müvəffəq olmayıb.

Ukrayna məsələsində isə Nümayəndələr Palatası Respublikaçılarının Senatın təsdiqlədiyi içində Rusiyaya qarşı mübarizəsi üçün Kyivə 61 milyar dollar yardımın da daxil olduğu 95 milyard dollarlıq yardım paketini əngəlləməsi Amerikanln liderliyinə kölgə salıb. Həmin yardım paketinə həmçinin İsrailə 14 milyard dollarlıq təhlükəsizlik yardımı, 9 milyard dollar humanitar yardım və Vaşinqton regiondakı təsit üçün Pekinlə rəqabət apardığı bur vactda, Hind-Sakit okeanında tərəfdaşlara dəstək üçün 5 milyard dollar daxildir.

Ukrayna və Qəzzada müharibələr, habelə ABŞ-ın Çinlə olan strateji rəqabəti Baydenin nitqinin xarici siyasətlə bağlı hissəsində xüsusi qeyd olunacaq. Analitiklər deyir ki, prezident noyabr ayında keçiriləcək seçkidən öncə seçicilərin sentimentlərini nəzərə alaraq iki məsələdə fərqli yanaşmalardan istifadə edəcək.

Ukraynaya yardıma çağırış

Bayden öz müraciətindən istifadə edərək yenidən xarici yardım paketinin qəbuluna çağıracaq və Rusiyanın ekspansionizminin artdığına dair əlamətlər fonunda təcridçiliyi qəbul etməyin Amerikanın marağında olmadığını müdafiə edəcək.

“Prezident Nümayəndələr Palatasının Respublikaçılarının irəliləməsinin lazım olduğunu iddia etməyə davam edəcək. Spiker milli təhlükəsizliklə bağlı qanun layihəsini səsverməyə qoymalıdır,” Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə günü keçirdiyi brifinqdə deyib. "Bilirik ki, o, böyük dəstək alacaq."

ABŞ-ın Ukraynadakı keçmiş səfiri, hazırda Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru olan Con Herbst bildirib ki, Bayden administrasiyası Ukraynaya əhəmiyyətli hərbi və iqtisadi yardım, Rusiyaya qarşı böyük sanksiyaları və NATO-nun şərqi Avropada hərbi mövqeyini əhəmiyyətli dərəcədə artırmağı əhatə edən səylər üçün beynəlxalq dəstək toplasa da, Amerika xalqını bu siyasətlə bağlı güclü əsaslandırma ilə təmin edə bilməyib.

Rəy sorğuları göstərir ki, amerikalıların Kyivə hərbi yardım göndərilməsinə verdiyi dəstək partiya xəttləri üzrə bölünür. Belə ki, prezidentin partiyasından olan seçicilər böyük ölçüdə Ukrayna prezidenti Volodimir Zelenskinin müharibə səylərinə rəğbət bəsləyirlər.

Associated Press-NORC İctimai Əlaqələr Araşdırma Mərkəzinin sorğusuna əsasən, demokratların 67 faizi Rusiyanın Ukraynada daha çox ərazi əldə etməsinin qarşısını almağı və hazırda Rusiya tərəfindən işğal olunmuş əraziləri Ukraynaya qaytarmağa kömək etməyi ABŞ hökuməti üçün prioritet hesab edir. Respublikaçıların yalnız 37 faizi bununla razılaşır.

Qəzza ilə bağlı diqqətli olacaq

Prezident çox güman ki, HƏMAS-ın 7 oktyabr hücumundan sonra israillilərə dərhal dəstəyi ilə öyünəcək və İsrailin ABŞ-ın təyin etdiyi terror qruplaşmasının təhdidlərinə qarşı özünü müdafiə edə bilməsinin vacibliyini vurğulayacaq.

Ancaq onun münaqişə ilə bağlı mövqryini dəstəkləyən İsrail tərəfdarı Demokratlar və müstəqillərlə onun bu mövqeyindən qəzəblənən ərəb və müsəlman amerikalılar arasındakı fikir ayrıığı səbəbilə, Bayden bu məsələdə diqqətli olmalı olacaq.

Qəzzada 30 000-dən çox insanın öldürülməsi ilə bağlı qəzəbi və Baydenin ABŞ-ın İsrailə hərbi yardım göstərməsi üçün şərt qoymaqidan imtina etməsi, Miçiqan və Minnesota ştatlarında Demokratların ilkin səsvermədə seçicilərinin əhəmiyyətli bir hissəsinin etirazlarını bildirmək və dərhal və daimi atəşkəs qərar tələb etmək üçün səsvermə bülletenlərində “qərarsız” olduqlarını qeyd etmələri ilə nəticələnib.

Forum

XS
SM
MD
LG