Accessibility links

Bayden Cənubi Koreyaya səfəri zamanı ABŞ-da çip istehsalını vurğulayır


Prezident Co Bayden Asiyaya səfərinə ABŞ-ın texnoloji sektoruna diqqət yetirərək başlayır. O, cümə günü Koreya elektronika şirkətinin Texas ştatının Ostin şəhəri yaxınlığında inşa etdiyi 17 milyard dollarlıq yarımkeçirici fabriki üçün model rolunu oynayacaq Samsung kompüter çipi zavodunu ziyarət edir.

Səfər həm də Baydenin kompüter çiplərinin tədarükünü artırmaqla bağlı əsas daxili prioritetlərindən birinə işarə edir. Keçən il yarımkeçirici çatışmazlığı avtomobillərin, mətbəx texnikasının və digər malların əlçatımlığına təsir göstərmişdi. Bu tədarük böhranı Baydenə ictimai dəstəyə təsir edən və onun administrasiyasını yerli istehsalın artırılmasına diqqət yetirməyə vadar edən yüksək inflyasiyaya səbəb olub.

Bayden Cənubi Koreya və Yaponiyaya altı günlük səfəri zamanı xarici siyasət sahəsində bir sıra məsələlər diqqət mərkəzində olacaq, lakin o həm də ölkə daxilində mövcud narahatlıqların nəzərə alındığı bir proqram hazırlayıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Air Force One təyyarəsində səfərlə bağlı açıqlamalar verərək bildirib ki, Samsung şirkətinin Texasa sərmayə qoymasının “amerikalılar üçün yaxşı maaşlı iş yerləri və ən əsası, bu, daha çox təchizat zəncirinin dayanıqlılığı demək olacaq”.

Baydeni Cənubi Koreyada zavodda ölkənin yeni prezidenti Yoon Suk Yeol və Samsung Electronics şirkətinin sədr müavini Li Jae-yon qarşılayacaq. Yoon bir həftədən bir qədər əvvəl prezidentliyə başlayan, ilk dəfə bu vəzifəyə seçilmiş yeni siyasi fiqurdur. O, Şimali Koreyaya qarşı daha sərt mövqe tutmaq və ABŞ ilə 70 illik ittifaqı gücləndirmək platformasından kampaniya aparıb.

Kompüter çipləri çatışmazlığı probleminin bir hissəsi dünyanın əksər hissəsinin koronavirus pandemiyasından çıxdığı vaxt güclü tələbatın nəticəsidir. Lakin koronavirusun yayılması və bununla bağlı digər problemlər həmçinin yarımkeçirici zavodların bağlanmasına səbəb olub. ABŞ hökumət rəsmiləri çip istehsalının 2023-cü ilin əvvəlinə qədər istənilən səviyyədə olmayacağını təxmin ediblər.

Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına görə, bu ilin ilk üç ayı ərzində qlobal kompüter çiplərinin satışı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23% artımla 151,7 milyard dollar təşkil edib.

Qlobal çip istehsalının 75%-dən çoxu Asiyanın payına düşür. ABŞ bu mümkün zəifliyi Konqresdə müzakirə edilən qanun layihəsi vasitəsilə daha çox yerli istehsal və sektora hökumət investisiyaları ilə aradan qaldırmağa ümid edir.

Çinin Tayvana qarşı təcavüzü riski mümkündür ki, ABŞ-da hərbi avadanlıqlar və istehlak malları üçün lazım olan yüksək səviyyəli kompüter çiplərinin axınını kəsə bilər. Eyni zamanda, Şimali Koreyanın koronavirus epidemiyası fonunda ballistik raketləri sınaqdan keçirməsi Cənubi Koreyanın istehsal sektoru üçün mümkün riskdir.

Çip istehsalına görə Çin 24% payla qlobal liderdir, onun ardınca Tayvan (21%), Cənubi Koreya (19%) və Yaponiya (13%) gəlir. Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına görə, çiplərin yalnız 10%-i ABŞ-da hazırlanır.

Samsung Texasda yerləşən zavod ilə bağlı planları ötən ilin noyabr ayında elan edib. Şirkət zavodun 2024-cü ilin ikinci yarısında fəaliyyətə başlayacağına ümid edir. Cənubi Koreyanın elektronika nəhəngi məkanı hökumətin təşviqləri və yerli infrastrukturun “hazırlığı və sabitliyi'” daxil olmaqla bir sıra amillərə əsaslanaraq seçib.

Bayden son çıxışlarında Samsung şirkəti ilə yanaşı, ABŞ-ın Intel firmasının Ohayo ştatının Kolumbus şəhəri yaxınlığında yarımkeçirici zavod tikmək planlarını vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG