Accessibility links

Baydenin Yaxın Şərqə səfəri ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər


aaAğ Ev qlobal enerji, neft və təbii qaz tədarüklərinə diqqət yetirmək üçün prezident Co Baydenin Körfəz ölkələrinə səfərini planlaşdırır. Bu barədə Associated Press agentliyinə adının anonim qalması şərtilə prezidentin səfərinin hazırlanmasında iştirak edən Bayden administrasiyasının rəsmisi məlumat verib.

Co Baydenin Körfəz Əməkdaşlıq Şurası ölkələri, həmçinin Misir, İordaniya və İraq liderləri ilə görüşü gözlənilir. Şuraya Yəmən istisna olmaqla, Ərəbistan yarımadasının bütün ölkələri daxildir.

Associated Press qeyd edir ki, Amerika liderinin səfəro zamanı həssas məqam onun Co Baydenin keçmişdə kəskin tənqid etdiyi dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə gözlənilən görüşü ola bilər.

Siyasi analitiklərin fikrincə, ABŞ və digər Qərb ölkələrinin Rusiya neft və qazından planlı şəkildə imtina edilməsi nəticəsində yaranan enerji mənbələrinə artan marağı Ağ Evi öz mövqeyini yenidən nəzərdən keçriməyə vadar edir.

Bununla belə, prezident Baydenin Səudiyyə Ərəbistanının de fakto hökmdarı hesab edilən şahzadə bin Salmanla planlaşdırılan görüşünün hazırda yanacaq qiymətlərinin yüksək olduğu ABŞ-da enerji vəziyyəti üçün faydalı nəticələrə gətirib çıxara biləcəyi ehtimal edilir.

XS
SM
MD
LG