Accessibility links

Donald Tramp: Aborta qarşı qanunlar hər bir ştat tərəfindən qəbul edilməyə davam etməlidir


Donald Tramp: Aborta qarşı qanunlar hər bir ştat tərəfindən qəbul edilməyə davam etməlidir
please wait

No media source currently available

0:00 0:03:20 0:00

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyir ki, aborta qarşı qanunlar hər bir ştat tərəfindən qəbul edilməyə davam etməlidir. Bu mövqe onun aborta bütün ölkədə qadağa qoyulmasını istəyən bəzi tərəfdarlarının fikirləri ilə ziddiyyət təşkil edir.

Bu prezident seçkilərində bölücü məsələ olan abort Florida ştatının yüksək məhkəməsinin altı həftədən sonra ştatda abortları qadağan edən qanunu təsdiqləməsindən sonra yenidən gündəmdədir.

Bu, Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd Donald Tramp üçün onun partiyasının ölkə boyu aborta qadağa qoyulmasını istəyən tanınmış üzvlərini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suallar yaradır.

Tramp bazar ertəsi sosial media səhifəsində hər bir ştatın özünün müstəqil qərar verməli olduğunu deyib. "Bir çox ştatlar fərqli olacaq, onların bir çoxunda həftə sayı fərqli olacaq və ya bəzilərində digərlərinə nisbətən daha mühafizəkar (qanunlar) olacaq. Sonda hər şey insanların iradəsi ilə bağlıdır."

Ştatlar bu hüquqları 2022-ci ildə Ali Məhkəmənin abortlarla bağlı 50 illik federal müdafiəni ləğv edən qərarından sonra əldə ediblər.

Videodakı çıxışında Tramp üçü özü tərəfindən təyin edilən hakimlər olmaqla, altı hakimə təşəkkür edərək, abortdan federal müdafiənin dayandırılmasına görə “qürurla cavabdeh olduğunu” deyib. "Mənim fikrim budur ki, indi hüquqi baxımdan istədikləri yerlərdə abort var, ştatlar səsvermə və ya qanunvericilik, bəlkə də hər ikisi vasitəsilə bunu müəyyən edəcək və nə qərar versələr, bu, orada qanunu olmalıdır. Bu halda, ştatın qanunu olmalıdır."

Reproduktiv hüquqlar mövzusunda ciddi kampaniya aparan Co Bayden “Rou Ueydə qarşı” işində qərara alınan federal səviyyədə abortun müdafiəsini qaytaracağına söz verib. "Əgər Amerika mənə Demokratlar Konqresini versə, sizə söz verirəm, Kamala və mən“Rou Ueydə qarşı” qanununu ölkənin qanunu kimi yenidən bərpa edəcəyik."

Baydenin tərəfdaşı və vitse-prezident Kamala Harris Trampı abortla bağlı daha ekstremal fikirlərlə əlaqələndirən kampaniya aparmağa çalışır. ABŞ-ın vitse-prezidenti Kamala Harris: "Bu seçilmiş liderlər qadınlara nə lazım olduğunu, nəyin qadınların maraqlarına uyğun olduğunu söyləmək üçün daha yaxşı vəziyyətdə olduqlarına necə inana bilirlər? Biz qadınlara güvənən bir ölkə olmalıyıq."

Harris və Bayden reproduktiv hüquqlara diqqətdə saxlayır. Belə ki, abort məsələsi Ohayo və Kanzas ştatlarında keçirilən referendumlarda iki ciddi məğlubiyyətlə Ali Məhkəmənin qərarından bəri Respublikaçılar üçün uduzulan bir siyasi problem olub.

Bu seçkidə Tramp belə görünür, öz tərəfdarlarını abortla bağlı mötədil mövqedə olanları uzaqlaşdırmağın siyasi həssaslığını etiraf etməyə çağırır. "Siz bu məsələdə ürəyinizi dinləməlisiniz, amma unutmayın ki, mədəniyyətimizi bərpa etmək və əslində, hazırda və çox təəssüf ki, tənəzzüldə olan ölkəmizi xilas etmək üçün siz həm də seçkiləri qazanmalısınız."

Amerikanın abort əleyhinə ən böyük qruplarından birinin rəhbəri Trumpın ölkə boyu qadağanı dəstəkləməməsindən "dərin məyus olduğunu" desə də, lakin qrupun hələ də Trumpı Baydenə qarşı dəstəkləyəcəyini deyib.

Bu prezident seçkilərində reproduktiv hüquqları ətrafında məsələlərin əsasən dərman vasitəsilə aborta başlamaq məqsədilə istifadə edilən preparatın əldə edilməsinə məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı Ali Məhkəmənin qarşıdan gələn qərarı ilə daha da kəskinləşəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG