Accessibility links

Bayden və Tramp Miçiqan praymerizlərində qalib gəlib


ABŞ Prezidenti Co Bayden və sabiq Prezident Donald Tramp çərşənbə axşamı Miçiqan ştatında partiyalarının praymerizlərində müvafiq olaraq qələbə əldə ediblər.

Çərşənbə axşamı erkən saatlara olan məlumata görə, Demokratların ilkin səsverməsində səslərin, demək olar, hamısı hesablanıb və Bayden 81 faizlə öndə gedir. Seçicilərin 13 faizi isə “qərarsız” olduqlarını bildirərək namizəd seçməyib.

Miçiqan ölkədə ən böyük amerikalı ərəb əhalisinə sahibdir və Baydenin İsrailin Qəzzada HƏMAS militantlarına qarşı apardığı müharibəyə dəstəyi bəzi Demokratların seçiciləri Baydenə səs vermək əvəzinə bülletendə “qərarsız” olduqlarını bildirməyə çağırmalaına gətirib çıxarıb.

“Qərarsız” bülleten təşəbbüsünün tərəfdaşları deyir ki, onlar 10 min belə bülletenin olmasına ümid bəsləyirdi, ancaq hesablanan səslərə əsasən, “qərarsız” bülletenlərin sayı 100 min-i ötüb.

Republikaçıların praymerizində Tramp səslərin 68 faizini alıb, Cənubi Karolina ştatının sabiq qubernatoru Nikki Heyli isə səslərin 27 faizini qazanıb.

Tramp səsvermə nəticələrində mühüm rol oynayan bu ştatda 2016-cı ildə onun prezident olması ilə nəticələnən ümummilli seçkidə qalib gəlib, ancaq 2020-ci ildə Bayden onu orada məğlub edib.

Heyli indiyədək heç bir ştatda qalib gəlməməsinə rəğmən namizədliyini geri çəkməyib. O iddia edirdi ki, amerikalı seçicilər noybar seçkisində yenidən Baydenlə Tramp arasında rəqabətin olmasını istəmir və əgər bu baş versə, Tramp ikinci dəfə Baydenə məğlub olacaq.

Hayli deyib ki, o, ən azından martın 5-də 15 ştatda, iki ərazidə praymerizin keçiriləcəyi Super Çərşənbə Axşamınadək mübarizə aparacaq.

Respublikaçılar prezidentliyə namizədlərini rəsmi olaraq iyul ayında milli konvensiya zamanı açıqlayacaqlar. Demokratlar da avqust ayında konvensiya keçirəcək.

Forum

XS
SM
MD
LG