Accessibility links

Bayden Nevada və Arizona ştatlarına səfər edir, mənzil təminatı məsələsi əsas diqqət mərkəzindədir


Prezident Co Bayden çərşənbə axşamı Nevada və Arizona ştatlarına səfər edəcək. Səfərin məqsədi seçiciləri münasib qiymətə mənzil təminatının artırılması ilə bağlı administrayanın təklifləri barədə məlumatlandırmaqdır.

ABŞ prezidenti Konqres qarşısında ölkədə vəziyyətlə bağlı bir sıra təşəbbüsləri irəli sürdüyü hesabat məruzəsi ilə çıxış etdikdən qısa müddət sonra seçkilərin nəticələrinə həll edəcək ştatlara səfər edərək, ikinci müddətə seçiləcəyi təqdirdə həyata keçirəcəyinə ümid etdiyi bir sıra təşəbbüsləri qeyd edir.

Yüksək kirayə haqları və ipoteka faiz dərəcələri ilə bağlı ictimaiyyətin narahatlığını nəzərə alaraq, Bayden çıxışlarını mənzillərin əlçatan olması məsələsinə yönəldəcək.

"Kirayəçilər və potensial ev sahibləri üçün mənzillərin əlçatan olması məsələsi illərdir gündəmdədir və əvvəlki administrasiya bunu həll etmək üçün heç bir tədbir görməyib", Ağ Evin iqtisadiyyat üzrə müşaviri Layel Breynard səfərdən əvvəl mətbuat konfransında jurnalistlərə bildirib.

Breynardın izah etdiyi kimi, Bayden Konqresi mənzil xərclərini azaltmaq üçün investisiyaları dəstəkləməyə çağıracaq. Baydenin Konqresin təsdiq etməli olduğu planına ilk dəfə ev alanlar üçün 10 min dollarlıq ipoteka güzəştli vergi krediti və "start" evləri satanlar üçün 10 min dollarlıq vergi krediti daxildir.

Ağ Ev rəsmiləri bildiriblər ki, plana daha çox mənzil tikmək üçün vergi güzəştləri, "korporativ ev sahibləri tərəfindən kirayə ödənişlərinin artması" ilə mübarizə və azgəlirlilərə vergi krediti proqramını genişləndirmək daxildir.

Bayden Nevada ştatında könüllülərlə seçkiqabağı kampaniya tədbiri keçirəcək və sonra Arizonaya gedəcək. Orada o, Feniks yaxınlığındakı Meksika restoranında çıxış edəcək.

Baydenin seçki kampaniyası etnik azlıqlara mənsub seçiciləri, xüsusən də Latın amerikalılar və afro-amerikalıları cəlb etmək üçün səylər göstərir. 2020-ci ildə Bayden Arizona ştatında 10 457 səs fərqi ilə qələbə əldə etmişdi.

Forum

XS
SM
MD
LG