Accessibility links

Bayden Varşavada səfərdədir


ABŞ Prezidenti Co Bayden şənbə günü Varşavaya səfər edib. Orada o, Polşanın Prezidenti Andrzej Duda və Polşanın digər rəsmiləri ilə görüşərək Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müzakirə edib.

ABŞ deyib ki, görüş Rusiyanın hərbi hücumunu Ukraynanın paytaxtı Kyivdən ölkənin şərqinə doru yönəltdiyi bir vaxta təsadüf edir.

“Sizin azadlığınız bizim azadlığımızdır,” Bayden polşalı həmkarına deyib.

Ukrayna ilə sərhəd bölüşən Polşanın prezidenti Duda deyib ki, “Polşa-Amerika əlaqələri çiçəklənir” və Rusiyanın Ukraynaya qarşı müharibəsi vahid NATO-nun vacibliyini vurğuladı.

“Polşalıar böyük qorxu hissi keçirirlər, çünki biz Rusiya imperializminin və Rusiya ordusunun hücumun nə olduğunu bilirik. Çünki bizim nənə-babalarımız, və ulu nənə-babalarımız, hətta valideynlərimiz bunu yaşayıb,” Duda deyib.

NATO üzvü olan Polşa Ukraynadan 2 milyondan çox qaçqını qəbul edib. Bayden Varşavanın meri ilə birlikdə şənbə günü bəzi qaçqınlarla görüşərək humanitar yardım səylərini də müzakirə edib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bildirdiyinə görə, Bayden daha sonra Varşavanın Kral Qəsrində “anın təhlükələri” ilə bağlı nitq söyləyəcək.

Bayden cümə günü Polşanın qaçqın böhranına cavabını tərifləyib və Polşanın humanitar işçiləri və Ukrayna sərhədinə yaxın Amerika qoşunları ilə görüşüb.

“Siz demokratiya ilə oliqarxlar arasında mübarizənin ortasındasınız,” Bayden Rseszovda ABŞ Ordusunun 82-ci Hava Diviziyasının üzvləri ilə görüşərkən deyib. 82-ci Hava Diviziyası Polşa, Litva, Latviya, Estoniya, Bolqarıstan və Rumıniyanın daxil olduğunu şərq cinah ölkələrindəki minlərlə NATO qoşununu dəstəkləyir.

Baydenin cümə günü Polşada ABŞ-ın hərbi qulluqçuları ilə ilk görüşü diviziyanın müvəqqəti qərargahındakı bərbərxanada olub. O daha sonra qoşunlar üçün yeməkxanaya baş çəkib və orada onlarla birlikdə pizza yeyib.

“Sizn dünyanın ən yaxşı döyüşən qüvvəsisiniz və bu, mübaliğə deyil,” Bayden onlara deyib.

Strategiya dəyişikliyi

Eyni zamanda ABŞ və Qərb rəsmiləri cümə günü deyib ki, Rusiya qüvvələri say baxımından üstünlüyə sahib olmalarına baxmayaraq Ukraynada çətinlik çəkməyə davam edirlər və bu da onları strategiyada dəyişiklik etməyə vadar edir.

“Biz düşünürük ki, onlar Donbas regionunu kəsməyə çalışırlar,” ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi adının açıqlanmaması şərtilə müxbirlərə bildirib.

“Biz artıq həftələrdir bundan bəhs edirik,” rəsmi Moskvanın hərbi prioritetlərindəki dəyişikliklərə istinadən deyib. “Orada hələ də çox ağır döyüşlər gedir və biz düşünürük ki, onlar nəinki masa arxasında potensial danışıqlar taktikası kimi orada hansısa daha əhəmiyyətli irəliləyiş əldə etməyə, həm də ölkənin şərq hissəsindəki Ukrayna qüvvələrini çıxarmağa çalışırlar.”

Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey Rudsko hədəf dəyişikliyini demək olar təsdiq edib və deyib ki, Rusiyanın hərbi əməliyyatının Ukraynanın döyüş qabiliyyətini azaltmaq məqsədi daşıyan birinci mərhələsi “ümumilikdə başa çatıb.” O deyib ki, Rusiya qüvvələri indi diqqəti “əsas məqsədə, Donbasın azad edilməsinə” yönəlib .

Ancaq Qərbin kəşfiyyat məlumatları qeyd edib ki, strategiya dəyişikliyi Ukrayna hökumətini ümid edildiyi qədər tez devirə bilməyən Rusiyanın müharibə planını xilas etmək cəhdinin bir hissəsi ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG