Gürcüstan dəmir yolunun Abxaziya hissəsinin (Ermənistanı Rusiya ilə birləşdirəcək) bərpasına hazırdır. Lakin bu məsələnin həlli Rusiyanın mövqeyindən asılıdır. Bu barədə yanvarın 17-də Yerevanda Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistanın baş naziri Tiqran Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
O, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bəzi məsələlərin həlli şəraitində dəmir yolunun bu hissəsinin bərpasını mümkün sayır.
“Zənnimcə, bu, mümkündür. Bilirsiniz ki, Gürcüstanla Ermənistan arasında problem yoxdur, lakin Rusiya ilə böyük problemlərimiz qalır. Ən problemli məsələ Gürcüstanın ərazi bütövlüyüdür və yəqin ki, çox tezliklə həll olunmayacaq”, İvanişvili vurğulayıb.
Abxaziya-Gürcüstan dəmir yolunun açılması Ermənistan üçün strateji əhəmiyyət daşıyır, çünki bu, Rusiyaya ən qısa və ucuz yoldur. Abxaziya vasitəsilə dəmir yolu əlaqəsi 1992-1993-cü illər münaqişəsindən sonra kəsilib.
Baş nazir eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Bidzina İvanişvili Yerevanda keçirdiyi mətbuat konfransında Gürcüstan KİV-lərinin sualına cavabında deyib ki, yaxın illərdə Dağlıq Qarabağ münaqişəsini həll etmək çox çətin olacaq.
“Yaxın illərdə bu məsələni həll etmək çox çətin olacaq. Bu problemin müstəsna olaraq sülh yolu ilə həll edilməsini istəyirik”, deyə Gürcüstan baş naziri bildirib.