Accessibility links

Biləsuvar rayon icra hakimiyyətinin başçısının həbs edildiyi bildirilir


Bu gün, aprelin 30-da Bakının Səbail Rayon Məhkəməsi hakim Anar Tanrıverdiyevin sədrliyi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə yerli media məlumat yayıb.

Bununla yanaşı, Quliyevin nədə günahlandırıldığı barədə hələ rəsmi məlumat yayılmayıb. Quliyevin vəkili və qohumları da onun həbsinin səbəbləri ilə bağlı açıqlama verməyib.

Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla Mahir Quliyev tutduğu vəzifədən azad edilib.

Biləsuvar rayon sakinlərindən biri Amerikanın Səsinə bildirib ki, rayon icra hakimiyyətinin binası polis mühasirəsindədir. Yerli sakinlər rayonun icra strukturlarında Dövlət Təhlükəsiliyi Xidmətinin əməkdaşlarının araşdrımalar apardığını deyir. Sakinlər həmçinin icra hakimiyyəti başçısı ilə yanaşı daha bir neçə vəzifəli şəxsin saxlanıldığını bildirir.

Rayon icra hakimiyyətinin rəsmi saytındakı telefonlara cavab verən yoxdur.

XS
SM
MD
LG