Accessibility links

Bil Kosbi seksual təcavüzlə əlaqədar həbsə məhkum edilib


ABŞ-da tanınmış komediya ustası Bil Kosbi 2004-cü ildə evində qadına narkotik maddə verərək, ona təcavüz etdiyinə görə seksual təcavüz ittihamları əsasında çərşənbə axşamı həbsə məhkum edilib. O, üç ildən 10 ilə qədər həbsdə qala bilər.

Pensilvaniya məhkəməsinin hakimi Stiven O’Nill həmçinin Kosbinin zaminə buraxılmasına icazə verilməsi çağırışlarına baxmayaraq, onun dərhal həbsə alınması haqda qərar çıxarıb.

Eyni gün hökmün çıxarılmasından öncə Pensilvaniya ştatında keçirilən məhkəmədə Kosbi “seksual təcavüzkar” elan edilib. Bu o deməkdir ki, Kosbi ilin hər rübündə rəsmilərə hesabat verməlidir. Bununla yanaşı, onun adı qonşulara, məktəblərə və hadisənin qurbanlarına göndərilərək seksual zəmində cinayətlər törədən şəxslərin siyahısına salınacaq.

Bazar ertəsi məhkəmə dinləmələrinin birinci günü əqli problemlər üzrə ekspertlər Kosbinin qadınlara qarşı nəzarət edə bilmədiyi seksual təcavüz meyli olduğunu və gələcəkdə belə hərəkətlərə yenidən yol vermək ehtimalının olduğu üçün onun belə adlandırılmasını müdafiə edib.

81 yaşlı Kosbinin vəkilləri isə onun yaşı və zəif sağlıq durumunun nəzərə alınmalı olduğunu qeyd edib. Bill Kosbi rəsmən kor hesab edilir və gəzmək üçün əsadan istifadə edir.

Vəkilləri son iddiaların 2005-ci ilə aid olduğunu deyərək, Kosbinin gələcəkdə belə hərəkətlərə yol verməsi ehtimalının olmadığını bildiriblər.

Prokurorlar Kosbiyə beş ildən 10 ilə qədər həbs cəzası istəyir. Onun müdafiəsi isə Kosbinin ev dustaqlığına məhkum edilməsini istəyir.

Bill Kosbi televiziyada baş rolu ifa etdiyi The Cosby Show komediya şousuna görə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG