Accessibility links

Bilal Hatəmi: Türkiyədə müxalif partiyalar demokratiyaya inandıqlarını göstərdilər [Audio-Müsahibə]


Sosioloq Bilal Hatəminin sözlərinə görə, Türkiyənin müxalif partiyaları həm hakim partiya, həm də xalqa göstərdilər ki, zorakılıqla hökümət dəyişdirməyə qarşı olub və demokratiyaya inanırlar. Trabzon Avrasya Universitetinin müəllimi Amerikanın Səsinə müsahibədə Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı son olaylar ardından siyasi partiyalar və müxtəlif düşüncə qruplarının mövqeyini dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:16:30 0:00

Bilal Hatəmi olayların bundan sonra nə şəkildə inkişaf edəcəyinin müəyyənləşdirmək üçün tez olduğunu, ancaq hazırda bütün siyasi partiyaların ölkə nizamına qarşı hücumları önləmək və anarxiya ilə mübarizə etmək istiqamətində birlikdə hərəkət etdiyini ifadə edir:

Bu dəfə hər hansı partiyanın çevrilişdə rolu yoxdur. Partiyalaşmayan, partiya fəlsəfəsini mənimsəməyən bir qrupun, gizli bir təşkilatın çevrilişi planladığını görürük.
Bilal Hatəmi

“Bu olayların Türkiyə tarixində böyük hərflərlə yazılacağını vurğulamaq lazimdir. Siyasi partiyalar və ya fərqli düşüncə qruplarının bu hadisədə mövqeləri ilk saatlarda ortaya çıxdı. Özəlliklə MHP başda olmaqla, CHP və HDP-nin də məclisə gedib çevriliş cəhdini qınamaları, birlikdə hərəkət etmələri bunu göstərdi ki, Türkiyəyə qarşı və ölkənin bir bütün olaraq düzəninə qarşı olan hər hansı bir hücum, hər hansı bir anarxiya sadəcə hakim partiyanı deyil, bu partiyaların hamısını, Türkiyənin xalqını əlaqələndirir.

Türkiyə üçün bir uğurdur bu. Olayların irəliləyən günlərdə necə inkişaf edəcəyini bilmirik, amma günümüzdə küçələrdə insaların əl-ələ verib mübarizə etmələri Türkiyə toplumunun vətən mövzusunda, gələcəkləri mövzusunda taviz verməyəcəyini (güzəşt etməyəcəyini) göstərir. Hər hansı bir ideologiya və ya hər hansı bir partiyaya mənsub olursa olsun, biz küçələrdə onları bir yumruq kimi gördük.”

MHP və CHP başqanları çevriliş cəhdinə ilk saatlarda qarşı çıxdılar
MHP və CHP başqanları çevriliş cəhdinə ilk saatlarda qarşı çıxdılar

Bilal Hatəmi əsas müxalifət partiyası CHP-nin çevriliş cəhdinə qarşı mövqeyini dəyərləndirərkən qiyamçıların CHP-nin inandığı ideyalardan sui-istifadə etməyə çalışdığını önə çəkib.

“Türkiyə tarixində olan çevrilişlərdə müxalif partiyaların birinin rolu olduğunu görürük. Amma bu dəfə hər hansı partiyanın rolu yoxdur. Partiyalaşmayan, partiya fəlsəfəsini mənimsəməyən bir qrupun, gizli bir təşkilatın çevrilişi planladığını görürük. Burada Atatürk ölkə və inqilablarını, cümhuriyyəti belə qəbul etməyən bir qrupla qarşı-qarşıyayıq. Lakin onlar çevriliş bəyanatında CHP-nin ideyaları və təməl qavramlarını yerləşdirdilər və buna mən sui-istifadə deyirəm. Çevrilişə cəhd edənlər CHP-dən bir şeyləri oğurlamağa cəhd etdilər, amma bunu bacarmadılar,” deyə güneyli sosioloq bəyan edib.

XS
SM
MD
LG