Bill Klinton bazar günün Kaliforniyanın cənubunda qaldığı xəstəxanadan evə buraxılıb. Orada o, infeksiya səbəbilə müalicə olunurdu.
Sabiq prezident səhər saat 8 radələrində İrvaynda yerləşən Kaliforniya Universitetinin Tibbi Mərkəzindən evə buraxılıb.
Rəsmilərin bildirdiyinə görə, 75 yaşlı Klinton çərşənbə axşamı COVID-19-la əlaqəli olmayan infeksiya səbəbilə xəstəxanaya yerləşdirilmişdim.
Klintonun sözçüsü Angel Urena şənbə günü demişdi ki, Klinton əlavə olaraq venadaxili antibiotik qəbul etmək üçün bir gecə daha xəstəxanada qalacaq. Ancaq onun dediyinə görə bütün göstəricilər “düzgün istiqamətdə irəliləyirdi.”
“Prezident Klinton son 24 saatda gözəl irəliləyiş əldə edib,” Urena deyib.
Hillari Klinton həyat yoldaşı ilə birlikdə hospitalda qalıb və bazar günü xəstəxananı onunla birlikdə tərk edib.
Prezident Co Bayden şənbə günü Bill Klintonla danışdığını və sabiq prezidentin “salam söylədiyini” bildirib.
“O özünü həqiqətən də yaxşı hiss edir,” Bayden Konnektikut Universitetində çıxışı zamanı deyib.
“Onun əlvali-ruhiyyəsi yüksəkdir və ailəsi ilə vaxt keçirir, dostları ilə söhbət edir və kollec futbolu izləyir,” Urena şənbə günü yaydığı hesabatda bildirib.
Sabiq prezidentin köməkçisi deyib ki, Klintonda urolji infeksiya olub və bu infeksiya daha sonra qan dövranına qarışıb, amma o artıq sağalır.
Adının açıqlanmaması şərtilə hspitalda müxbirlərlə danışan köməkçi Klintonun reanimasiya şöbəsində olduğunu, amma intensiv müalicə almadığını deyib.
Klinton 2001-ci ildə Ağ Evdən gedəndən bəri bir neçə sağlamlıq problemi ilə üzləşib. O, 2004-cü ildə uzun sinə ağrılarından və nəfəs çatışmazlığından sonra dördqat baypass əməliyyatı olub. Daha sonra 2005-ci ildə Klinton ağciyərin qismən dağılması nəticəsində yenidən xəstaxanaya yerləşdirilib. 2010-cu ildə isə onun koronar arteriyasına bir cüt stent qoyulub.