Accessibility links

Şahabüddin Bimiqdar: İranda koronavirusa qarşı tədbirlər gec alınıb


Təbriz millət vəkili Şahabüddin Bimiqdar İLNA xəbər agentliyi ilə müsahibədə İranda koronavirusa qarşı alınması üçün vacib olan tədbirlərin gec başladıldığını söyləyib.

Hökumət tərəfindən son parlament seçkilərinə namizədliyini irəli sürməyə izin verilməyən Bimiqdar vilayətdə 15 nəfərin virusa yoluxduğunu və 3 nəfərin həyatını itirdiyini bildirib.

O, həmçinin Qum şəhərinin karantinə alınmamasını da tənqid edərək, "bu şəhər karantinə alınsaydı bu xəstəlik bu qədər yayılmazdı. Çünkü bir çox vilayətlərə və bir çox qonşu ölkələrə bu xəstəlik Qum şəhərindən yayıldı" - deyə, Təbriz millət vəkili bildirib.

Bimiqdar koronavirusun yayılmasının qarşısını almaq üçün Təbriz bazarının bir müddət bağlanmasını təklif edib. "Bazar izdihamlı yerlərdən və insanların bir biri ilə yaxından təmas qurduğu üçün yoluxma və virusun ötürülməsi üçün zəmin yarada bilər. Bunun üçün mən təklif edirəm bazar virusun bundan çox yayılmaması üçün bağlansın."

Təbriz millət vəkili Bimiqdar məktəblərin uzun müddət bağlanması gərəkdiyini, Yaponiyada bir neçə ay məktəblərin bağlı olacağı bildirildiyini söyləyərək deyib ki, "ölkəmizin başqa şəraitdə olduğunu göstərməkdə israr etdiyimizi başa düşmürəm."
İran xalqı sosial mediada hökumətin koronavirusa yoluxanların və xəstəlikdən ölənlərin sayını ictimaiyyətdən gizlətdiyini tənqid edir. ABŞ dövlət katibi fevralın 25-də Dövlət Departamentində keçirilən mətbuat konfransında Vaşinqtonun Tehranın koronavirusla bağlı həyati təfərrüatların üstünü örtməyə dair xəbərlərdən çox narahat olduğunu bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG