Accessibility links

Usama Bin Ladenin öldürülməsindən 5 il keçir


Birləşmiş Ştatlar prezidenti Barak Obama deyib ki, vəzifəsinin icrasına başlayan kimi Əl-Qaidə lideri Usama Bin Ladeni öldürmək onun üçün prioritet olsa da, belə bir missiyanı üzərinə götürmək qərarı böyük müzakirələrə səbəb olub.

2001-ci il sentyabrın 11-i Nyu-York və Vaşinqtonda 3000 nəfərin ölümü ilə nəticələnən terror hücumlarına görə məsuliyyət daşıyan Bin Ladenin öldürülməsinin beşinci ildönümü ilə əlaqədar cənab Obama bazar ertəsi CNN televiziya kanalında çıxış edib.

Prezidentin milli təhlükəsizlik komandasının aylarla apardığı təhqiqatdan sonra məlum olub ki, Bin Laden Pakistanın Abbotabad şəhərində, güclü mühafizə olunan binanın üçüncü mərtəbəsində gizlənir.

Lakin cənab Obama onu da əlavə edib ki, əməliyyatın həyata keçirilməsi vaxtı çatdığı zaman onun təhlükəsizlik komandasının bəzi üzvləri daha geniş təhqiqata ehtiyac olduğunu deyib. "Bin Ladenin orada olması şansı 50-50-yə idi. Kəşfiyyat işçiləri arasında da mübahisə gedirdi. Lakin bəzi dəlillər onun orada olduğuna işarə edirdi. Geniş müzakirələrdən sonra Bin Ladenin aradan götürülməsi üçün ən yaxşı şans olduğu qərarına gəldik" - deyə cənab Obama bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG